

18–21 noyabr tarixlərində keçirilən I Lənkəran Beynəlxalq Film Festivalı başa çatdı.
Festivalnın müsabiqə proqramında bu animasiya filmlər iştirak edib:
• “İsi və Piti” qısametrajlı animasiya serialı (rejissor Rəşid Ağamalıyev)
• “Eyni yağışın altında” qısametrajlı animasiya filmi (rejissor Kübra Binnətova)
• “Oyun” qısametrajlı animasiya filmi (rejissor Mohammad Hossein Alipanahi)
• “Yer və Ay” qısametrajlı animasiya filmi (rejissor Pavel Kim)
• “Bum-bum” qısametrajlı animasiya filmi (rejissor Nəzrin Ağamalıyeva, Rəşid Ağamalıyev)
• “Narqız” qısametrajlı animasiya filmi (rejissor Məsud Pənahi)
• “Hədis” qısametrajlı animasiya filmi (rejissor Nəzrin Ağamalıyeva)
Müsabiqədən kənar proqramıənda “Başlanğıc” qısametrajlı animasiya filmi (rejissor Vaqif Behbudov) iştirak edib.
Jürinin qərarı ilə mükafatlar belə bölündü:
BEYNƏLXALQ JÜRİ:
• QRAN-PRİ – «Bağışla məni bu gecə», Elvin Adıgözəl
• Ən yaxşı qısametrajlı bədii film: «Uzaq», Daniel Quliyev
• Ən yaxşı qısametrajlı sənədli film: «Planda Bayırşəhər», Elməddin Süleymanov
• Ən yaxşı qısametrajlı animasiya filmi: «Eyni yağışın altında», Kübra Binnətova
• Ən yaxşı rejissor: Şirin Əhmədov, «Qütb ulduzu»
• Ən yaxşı ssenari: Nicat Dadaşov, «Hasar»
• Ən yaxşı təsvir rejissoru: Orxan Abbasov, «Uzaq»
• Ən yaxşı rəssam: Çiçək Bayramlı, «Bağışla məni bu gecə»
• Ən yaxşı aktrisa: Hüsniyyə Mürvətova, «Qütb ulduzu»
• Ən yaxşı aktyor: Vüsal Hacıqadir, «Nəfəs»
• Jürinin xüsusi mükafatı: Emil Əli, «Prius» və Orxan Adıgözəlov, «Nigaran»
JURİ DE LANKON:
• Ən yaxşı film: «Qırmızı», Tahir Tahiroviç
• Ən yaxşı ssenari: Elvin Adıgözəl, «Bağışla məni bu gecə»
• Ən yaxşı rejissor: Leylaxanım Qəmbərli, «Böyük qırmızı ev»
• Ən yaxşı təsvir rejissoru: Aytac Süleymanova, «Planda Bayırşəhər»
• Ən yaxşı rəssam: Məsud Pənahi, «Narqız»
XÜSUSİ MÜKAFATLAR:
• AYB Lənkəran bölməsi: Qulu Əsgərov, «Hasar», kinoda sülh və humanizmi təbliğ etdiyinə görə
• Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran şəhər şöbəsi: Amil Məmibəyli, «Titrəmə», müharibə faciəsini yaxşı təsvir etdiyinə görə
• Memuar Films: Taleh Urfansoy, «Yaralı Ruhlar», sənədli kinoda müharibə mövzusunu yaxşı araşdırdığına görə
Festivalın proqramı və jüri haqqında məlumat:
Proqramda 26 film yer alıb, bunlardan 11-i qısametrajlı bədii, 8-i qısametrajlı sənədli, 7-i isə qısametrajlı animasiya filmləridir. 18-21 noyabr 2026-cı il tarixində baş tutan festivalın jüri sədri kino-tənqidçi Aygün Aslanlı, jüri üzvləri ssenarist Ramil Ələkbərov, kinoşünas Sədaqət Kamal, rejissor Pərviz Həsənov və yazar, jurnalist Şəfahət Şəfidir. Bundan əlavə ilk dəfə keçirilən festivalın Lənkəran şəhərinin yaradıcı və ziyalılarından ibarət Festival de Lankon münsif heyəti də təyin edilib. Burada jüri sədri rejissor, aktyor Təvəkkül Həsənov, aktyorlar Qızılgül Quliyeva, Allahverən Babayev və Əbülfəz Axundov yer alıblar. Bağlanış tədbiri 21 noyabr Paus kafenin kiçik zalında baş tutub.
Mənbə: www.lankaranfilmfestival.az