Elçin Hami Axundov
Rejissor, rəssam, ssenari müəllifi, animator
Tərcümeyi hal:
Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (1968) və Lvov Poliqrafiya İnstitutunu (1978) bitirmiş rəssam-rejissor Elçin Axundov Azərbaycan animasiyasının yaranmasına və inkişafına mühüm töhfələr verib. 1966-cı ildən quruluşçu rəssam, animator, rejissor kimi kino sahəsində çalışır. E. Axundov 10-a qədər animasiya filminin rejissoru və 30-a qədər animasiya filminin quruluşçu-rəssamıdır. 1994-cü ildən “Azanfilm” animasiya filmləri studiyasının bədii rəhbəri, 2000-ci ildən 2012-ci ilədək həmin studiyanın direktoru vəzifəsində çalışıb.
2016-ci ildə o, “Qurama” Uşaq Animasiya Studiyasını yaradıb və bu günə kimi onun rəhbəridir. E. Axundovun bir neçə nəsil müasir Azərbaycan rejissorlarının və animatorlarının formalaşmasında zəhməti var. Bundan əlavə, Elçin Axundov uşaqlar üçün onlarla inkişafetdirici kitabların – “Özün düzəlt” silsiləsinin (“Arşın mal alan”, “O olmasın, bu olsun”), “Sənin ilk kitabın” silsiləsinin (“Addım-addım öyrən və zəhmət çək”, “Ekoloji əlifba”) və s. kitabların müəllifidir. O, “Azərbaycan animasiyası” kitabının baş məsləhətçisidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında (2019) Elçin Hami Axundov “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıq qayıq” mükafatı ilə təltif olunub. 2022-ci ildə Daşkənd Beynəlxalq Animasiya Forumunda “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatını alıb.
Elçin Hami Axundov Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisidir.
Linklər:
Elçin Hami Axundov ilə müsahibə – YouTube
QURAMA Uşaq Animasiya Studiyası – YouTube kanalı
Filmoqrafiya:
- “Cırtdan” (1969) – rəssam assistenti
- “Aslan və iki öküz” (1970) – fazaçı rəssam
- “Ayı və siçan” (1970) – fazaçı rəssam, rəssam dekorator
- “Fitnə” (1970) – fon rəssamı
- “Bulud niyə ağlayır?” (1973) – rəssam assistenti
- “Qız, oğlan və şir” (1974, qısametrajlı sənədli film) – rəssam
- “Pıspısa xanım və Siçan bəy” (1974) – rəssam assistenti
- “Şahzadə-qara qızıl” (1974) – rəssam assistenti
- “Dınqıl, sazım, dınqıl” (1976) – rəssam
- “Pəncə… qulaq… palaz… tikan…” (1976) – rejissor assistenti
- “Şah və xidmətçi” (1976) – rəssam
- “Daş” (1977) – rəssam
- “Kirpi balası və alma” (1977) – rəssam
- “Toral və Zəri” (1979) – rəssam
- “Cücələrim” (1980) – rəssam
- “Meşəyə insan gəlir” (1980) – rəssam
- “Cırtdan–`pəhləvan”. Birinci film (1981) – rəssam
- “Uşaq və külək” (1982) – rejissor
- “Beşilliyin addımları” (1983, qısametrajlı sənədli film) – rejissor
- “Cırtdan–`pəhləvan`”. İkinci film (1983) – rəssam
- “Uçan zürafə” (1983) – rəssam
- “Təqib” (1984) – rəssam
- “Sınaq” (1985) – rəssam
- “Humayın yuxusu” (1985) – rəssam
- “Sakit Yonun macəraları” (1985) – rəssam
- “Lovğa fil balası” (1987) – rəssam
- “Əndazədən çıxanda” (“Məclis” novellası) (1988) – rejissor, rəssam
- “Güzgü” (1990) – rejissor, rəssam
- “Yalançı çoban” (1991) – rəssam
- “Dəniz səyahəti” (1992) – rejissor, rəssam
- “Ümid” (1992) – rejissor, ssenari müəllifi, rəssam
- “Söhbətül əsmar” (1994) – rejissor, ssenari müəllifi
- “Cavanşir” (2002) – rejissor, ssenari müəllifi, rəssam
- “Kitabi Dədə Qorqud. Basat və Təpəgöz” (2003) – montaj rejissoru
- “Qızıl” (2004) – rejissor, rəssam
- “Qarğa balası və özgə yuvası” (2005) – rəssam
- “Ayna” (2006) – rəssam, bədii rəhbər
- “Siçan və pişik” (2007) – bədii rəhbər
- “Cəsur təyyarə” (2009) – bədii rəhbər
- Tırtılın arzusu (2010) – bədii rəhbər
- “İlbizin evi” (2011) – rejissor, rəssam
- “Balaca ev” (2012) – bədii rəhbər
- “Yaşıl adamlar” (2022) – rejissor, ssenari müəllifi
QURAMA Uşaq Animasiya Studiyasının filmoqrafiyası:
- “Lalənin arzusu” (2016) – bədii rəhbər
- “Arifin sevinci” (2016) – bədii rəhbər
- “Ana və üç oğul” (2016) – bədii rəhbər
- “Əli müəllimin hekayəsi” (2016) – bədii rəhbər
- “Dəcəl pişik” (2016) – bədii rəhbər
- “Böyük qardaşın köməyi” (2016) – bədii rəhbər
- “Qarışqa və fil” (2016) – bədii rəhbər
- “İlk qar” (2016) – bədii rəhbər
- “Şən qızlar” (2016) – bədii rəhbər
- “Parkda” (2016) – bədii rəhbər
- “Yol qəzası” (2017) – bədii rəhbər
- “Novruz bayramı” (2017) – bədii rəhbər
- “Novruz adətləri” (2017) – bədii rəhbər
- “Tomi bahar bayramında” (2017) – bədii rəhbər
- “Kənd səyahəti” (2017) – bədii rəhbər
- “Delfin və qızlar” (2017) – bədii rəhbər
- “Vətən qayğısı” (2017) – bədii rəhbər
- “İtmiş fil balası” (2017) – bədii rəhbər
- “Dünyanın ən gözəl bayrağı” (2017) – bədii rəhbər
- “Urana uçuş” (2018) – bədii rəhbər