Rejissor, rəssam, ssenari müəllifi, animator

Tərcümeyi hal:

Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq məktəbini (1968) və Lvov Poliqrafiya İnstitutunu (1978) bitirmiş rəssam-rejissor Elçin Axundov Azərbaycan animasiyasının yaranmasına və inkişafına mühüm töhfələr verib. 1966-cı ildən quruluşçu rəssam, animator, rejissor kimi kino sahəsində çalışır. E. Axundov 10-a qədər animasiya filminin rejissoru və 30-a qədər animasiya filminin quruluşçu-rəssamıdır. 1994-cü ildən “Azanfilm” animasiya filmləri studiyasının bədii rəhbəri, 2000-ci ildən 2012-ci ilədək həmin studiyanın direktoru vəzifəsində çalışıb.

2016-ci ildə o, “Qurama” Uşaq Animasiya Studiyasını yaradıb və bu günə kimi onun rəhbəridir. E. Axundovun bir neçə nəsl müasir Azərbaycan rejissorlarının və animatorlarının formalaşmasında zəhməti var. Bundan əlavə, Elçin Axundov uşaqlar üçün onlarla inkişafetdirici kitabların – “Özün düzəlt” silsiləsinin (“Arşın mal alan”, “O olmasın, bu olsun”), “Sənin ilk kitabın” silsiləsinin (“Addım-addım öyrən və zəhmət çək”, “Ekoloji əlifba”) və s. kitabların müəllifidir. O, “Azərbaycan animasiyası” kitabının baş məsləhətçisidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında (2019) Elçin Hami Axundov “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıq qayıq” mükafatı ilə təltif olunub. 2022-ci ildə Daşkənd Beynəlxalq Animasiya Forumunda “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatını alıb.

Elçin Hami Axundov Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisidir.

Linklər:

Elçin Hami Axundov ilə müsahibə – YouTube

Elçin Hami Axundov – Facebook

QURAMA Uşaq Animasiya Studiyası – YouTube kanalı

Filmoqrafiya:

  1. “Cırtdan” (1969) – rəssam assistenti
  2. “Aslan və iki öküz” (1970) – fazaçı rəssam
  3. “Ayı və siçan” (1970) – fazaçı rəssam, rəssam dekorator
  4. “Fitnə” (1970) – fon rəssamı
  5. “Bulud niyə ağlayır?” (1973) – rəssam assistenti
  6. “Qız, oğlan və şir” (1974, qısametrajlı sənədli film) – rəssam
  7. “Pıspısa xanım və Siçan bəy” (1974) – rəssam assistenti
  8. “Şahzadə-qara qızıl” (1974) – rəssam assistenti
  9. “Dınqıl, sazım, dınqıl” (1976) – rəssam
  10. “Pəncə… qulaq… palaz… tikan…” (1976) – rejissor assistenti
  11. “Şah və xidmətçi” (1976) – rəssam
  12. “Daş” (1977) – rəssam
  13. “Kirpi balası və alma” (1977) – rəssam
  14. “Toral və Zəri” (1979) – rəssam
  15. “Cücələrim” (1980) – rəssam
  16. “Meşəyə insan gəlir” (1980) – rəssam
  17. “Cırtdan–`pəhləvan”. Birinci film (1981) – rəssam
  18. “Uşaq və külək” (1982) – rejissor
  19. “Beşilliyin addımları” (1983, qısametrajlı sənədli film) – rejissor
  20. “Cırtdan–`pəhləvan`”. İkinci film (1983) – rəssam
  21. “Uçan zürafə” (1983) – rəssam
  22. “Təqib” (1984) – rəssam
  23. “Sınaq” (1985) – rəssam
  24. “Humayın yuxusu” (1985) – rəssam
  25. “Sakit Yonun macəraları” (1985) – rəssam
  26. “Lovğa fil balası” (1987) – rəssam
  27. “Əndazədən çıxanda” (“Məclis” novellası) (1988) – rejissor, rəssam
  28. “Güzgü” (1990) – rejissor, rəssam
  29. “Yalançı çoban” (1991) – rəssam
  30. “Dəniz səyahəti” (1992) – rejissor, rəssam
  31. Ümid (1992) – rejissor, ssenari müəllifi, rəssam
  32. “Söhbətül əsmar” (1994) – rejissor, ssenari müəllifi
  33. “Cavanşir” (2002) – rejissor, ssenari müəllifi, rəssam
  34. “Kitabi Dədə Qorqud. Basat və Təpəgöz” (2003) – montaj rejissoru
  35. “Qızıl” (2004) – rejissor, rəssam
  36. “Qarğa balası və özgə yuvası” (2005) – rəssam
  37. “Ayna” (2006) – rəssam, bədii rəhbər
  38. “Siçan və pişik” (2007) – bədii rəhbər
  39. “Cəsur təyyarə” (2009) – bədii rəhbər
  40. Tırtılın arzusu (2010) – bədii rəhbər
  41. “İlbizin evi” (2011) – rejissor, rəssam
  42. “Balaca ev” (2012) – bədii rəhbər
  43. “Yaşıl adamlar” (2022) – rejissor, ssenari müəllifi

QURAMA Uşaq Animasiya Studiyasının filmoqrafiyası:

  1. “Lalənin arzusu” (2016) – bədii rəhbər
  2. “Arifin sevinci” (2016) – bədii rəhbər
  3. “Ana və üç oğul” (2016) – bədii rəhbər
  4. “Əli müəllimin hekayəsi” (2016) – bədii rəhbər
  5. “Dəcəl pişik” (2016) – bədii rəhbər
  6. “Böyük qardaşın köməyi” (2016) – bədii rəhbər
  7. “Qarışqa və fil” (2016) – bədii rəhbər
  8. “İlk qar” (2016) – bədii rəhbər
  9. “Şən qızlar” (2016) – bədii rəhbər
  10. “Parkda” (2016) – bədii rəhbər
  11. “Yol qəzası” (2017) – bədii rəhbər
  12. “Novruz bayramı” (2017) – bədii rəhbər
  13. “Novruz adətləri” (2017) – bədii rəhbər
  14. “Tomi bahar bayramında” (2017) – bədii rəhbər
  15. “Kənd səyahəti” (2017) – bədii rəhbər
  16. “Delfin və qızlar” (2017) – bədii rəhbər
  17. “Vətən qayğısı” (2017) – bədii rəhbər
  18. “İtmiş fil balası” (2017) – bədii rəhbər
  19. “Dünyanın ən gözəl bayrağı” (2017) – bədii rəhbər
  20. “Urana uçuş” (2018) – bədii rəhbər