Animasiya dünyasında mühüm mərhələ olan Birinci Türk Dünyası Animasiyası Beynəlxalq Festivalı (ATA Festival) 4 oktyabr 2024-cü il tarixində Bakıda uğurla başa çatıb. Festival Azərbaycan Reapublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA), “YARADICI”nın (Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi) dəstəyi və Türk Animasiya Assosiasiyasının (ATA) və TÜRKSOY-un təşkilatçılığı ilə ərsəyə gəlib. Baku Cinema Breeze Festivalı (BCB) çərçivəsində gerçəkləşən tədbir bütün türkdilli ölkələrdən yaradıcı istedadları və sahənin peşəkarlarını birləşdirib.
ATA Festivalının keçirildiyi üç dinamik günə ustad dərsləri, film nümayişləri, animasiya sənəti vasitəsilə əməkdaşlığın, innovasiyaları və mədəni mübadilənin inkişafına yönələn sahəvi müzakirələr daxil idi.
BCB Festivalının bir hissəsi kimi təşkil olunan Omarket (Şərq ölkələrinin kino bazarı) sahənin peşəkarlarına müştərək istehsal imkanlarının öyrənilməsi, distribusiya, əlaqələrin qurulması üçün nadir platforma şəraiti yaradıb. ATA bazarda Türk dövlətlərinin animasiya studiyalarının işləri təqdim olunan stendlə iştirak edib. Bundan başqa, bazarda “Türk Dünyası: Animasiya təsvirləri” foto sərgisi təqdim olunub. Sərgidə film layihələrinin storyboardları, qəhrəmanların eskizləri və klassik türk animasiya filmlərindən fon rəsmləri nümayiş olunub. Sərginin kuratoru kimi İvan Ardaşov çıxış edib, sərgi özlüyündə Türk animasiyasının zəngin irsinin visual bayramına çevrilib.
Festivalın bir neçə tədbiri 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə birlikdə hazırlanıb, bu da animasiya sənayesində tərəfdaşlıq münasibətlərinin möhkəmliyinin sübutudur.
Oktyabrın 2-də festival “YARADICI”da Dmitri Vısotskinin (Finlandiya/İsrail) ustad dərsi və ATA-nın rəhbəri Oktai Iusibovun beynəlxalq bazar üçün animasiya seriallarının yaradılması üzrə söhbəti ilə start götürüb, davamında isə əlaqələrin qurulması üzrə təqdimatlar və sessiyalar keçirilib. Tədbirdə ATA Festivalının, ANİMAFİLM Festivalının xarici qonaqları və Azərbaycan Animasiya Assosiasiyasının üzvləri iştirak ediblər.
Festival Heydər Əliyev Mərkəzində ATA-nın məqsədlərinə və strategiyasına həsr olunan panel sessiyası ilə davam edib. Burada TÜRKSOY Baş katibinin müşaviri Kayrat Mukanov, Oktai Iusibov, ATA üzvləri Rəşid Ağamalıyev (Azərbaycan), Tolkun Dayırbəyova, (Qırğızıstan), Pavel Kim (Özbəkistan), Aybek Dayırbekov (Qırğızıstan) və Anita Çernıx (Qazaxıstan) iştirak ediblər.
Heydər Əliyev Mərkəzində baş tutan festivalın açılış mərasiminə Türk animasiyasına mühüm töhfələrə görə xüsusi mükafatların təqdimatı da daxil idi. Mükafat alan animasiya müəllifləri sırasında:
Oktyabrın 3-ü ATA Festivalında Omarket-in rəsmi açılış mərasimi və Türk dövlətlərində animasiya sənayesinə həsr olunan dəyirmi masa keçirilib. Müzakirələr zamanı TÜRKSOY ölkələrində animasiya sənayesi, hökumətin müxtəlif yaradıcı sektorların inkişafına təsiri, müştərək istehsala münasibətdə siyasət, Yaradıcı Sənaye Parkının yaradılmasında Qırğızıstan təcrübəsi, Azərbaycanda Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin (YARADICI) yaradılması, həmçinin dövlət dəstəyi, vergi güzəştləri, subsidiyalar, müəllif hüquqları məsələləri kimi müxtəlif mövzulara toxunulub.
Festivalın ikinci günü “Azərbaycan” kinoteatrında “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” başlıqlı xüsusi nümayiş ilə başa çatıb. Nümayiş ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.
Oktyabrın 4-ü festival müştərək məhsul və distribusiya üzrə sahəvi sessiyalarla başa çatıb, sonra Iouri Stepanovun, Matthew Lyonun, Pavel Dubarın və Oktay Yusibovun təqdim etdikləri “Qırmızı Dəmir Yolu” Kanada filminin xüsusi nümayişi keçirilib. Hər iki tədbir ANİMAFİLM Festivalı ilə əməkdaşlıq çərçivəsində gerçəkləşib.
Xüsusi qonaqlar:
ATA Festivalı dünyanın hər yerindən məşhur animasiya peşəkarlarını cəlb edib, onların arasında:
Oktai Iusibov (Azərbaycan/Finlandiya) — ATA-nın rəhbəri, “Alove Animation Studio” şirkətinin həmtəsisçisi (Azərbaycan), “Plastilin Studio” (Finlandiya)
Kayrat Mukanov (Qazaxıstan) — TÜRKSOY Baş katibinin baş müşaviri
Rəşid Ağamalıyev (Azərbaycan/Çexiya) — Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, “ANİMAFİLM” studiyasının direktoru
Qurban Məsimov (Azərbaycan) — rejissor, aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti
Anita Çernıx (Qazaxıstan) — “Tartaria Animation” art-direktoru, Almatı Animasiya Festivalının direktoru, “ReAnimation” studiyasının Baş direktoru
Salimqali Mirzaşev (Qazaxıstan) — rejissor, Qazaxıstanın Əməkdar mədəniyyət xadimi
Tolkun Dayırbekova (Qırğızıstan) – prodüser
Aybek Dayırbekov (Qırğızıstan) – prodüser, rejissor
Pavel Kim (Özbəkistan) – “DIP Animation” direktoru
Mayra Karsakbayeva (Qazaxıstan) – TÜRKSOY-un nümayəndəsi
Berat İlk (Türkiyə) – prodüser, direktor, “Canlandıranlar” Festivalının rəhbəri, ASIFA-Türkiyə rəhbəri
Iouri Stepanov (Kanada) – “Lakeside Animation Studio” şirkətinin baş direktoru
Pavel Dubar (Kanada) – “Lakeside Animation Studio” şirkətinin texniki direktoru
Konstantin Bronzit (Rusiya) – rejissor
Dmitri Vısotski (Finlandiya/İsrail) – ssenarist, rejissor
Mixail Şmelyov (Finlandiya) – “AR-Go Lab” şirkətinin Baş direktoru
Maykl Averbax (ABŞ)
Gələcəyə baxış:
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı sadəcə animasiya festivalı deyil, həm də əməkdaşlıq, dialoq və ideya mübadiləsi üçün mühüm sahəvi platformadır. O, nüfuz baxımından genişlənmək və türk animasiyasını dünya səhnəsində irəlilətməyə davam etməyi hədəfləyib. Növbəti ATA Festivalının 2025-ci ildə, TÜRKSOY-a üzv-dövlətlərdən birində keçirilməsi planlaşdırılıb. Festival və qarşıdan gələn tədbirlər haqqında əlavə məlumatı aşağıdakı saytdan ala bilərsiniz:
TÜRKSOY: www.turksoy.org
Türk Animasiya Assosiasiyası (ATA): www.atanimation.org