Ceyhun Məmmədov

Rejissor, VFX Artist, Motion Graphics Artist

Tərcümeyi-hal:

Məmmədov Ceyhun Dilqəm oğlu 1988-ci il aprelin 8-i Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissor fakultəsi üzrə təhsili alıb. 2011-ci ildən Rejissor, VFX Artist və Motion Graphics Artist kimi fəaliyyət göstərir.

Bir çox yerli və xarici filmlərdə rejissor köməkçisi, montajçı, VFX Artist və rejissor kimi çalışmışdır. 2018-ci ildə ssenarisi Nicat Dadaşova aid olan “Sükut” qısametrajlı bədii filminin rejissoru olmuşdur. Film bir sıra beynəlxalq festivallarda iştirak etmişdir. 2022-ci ildə ssenarisi Orxan Behbidə aid olan “Tarix” qısametrajlı animasiya filminin hazırlanmasında rejissor və supervayzer kimi çalışmışdır.

“Tarix” filmi Azərbaycanda ANIMAFILM Beynəlxalq Animasiya Festivalında, Hindistanda “Aakruti-My Creation International Film Festival”ında, Filippində “Batangas Balisong Film Festival”ında, Xorvatiyada “VAFI & RAFI – International Children and Youth Animation Film Festival”ında, Portuqaliyada “CINANIMA – Internatıonal Anımated Film Festıval Of Espınho” festivalında iştirak etmişdir, Qazaxıstanda “Altın Saka” Beynəlxalq animasiya filmləri festivalında “Üçüncü yer” mükafatı qazanmişdir.

2023-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Ceyhun Məmmədov – YouTube

Ceyhun Məmmədov – Instagram

Filmoqrafiya:

  1. “Sükut” (qısametrajlı bədii film, 2018) – Rejissor
  2. “Tarix” (qısametrajlı animasiya filmi, 2022) – Rejissor, supervayzer