Şairə, yazıçı, eksperimental sənətkar və bədii tərcüməçiLeyli Salayeva

Tərcümeyi-hal:

Leyli Ayaz qızı Salayeva 1985-ci ilin oktyabrın 4-ü Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetində bakalavr təhsili alıb. Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin İdarəolunması istiqamətində İstehsalın və Əməliyyatların Menecmenti ixtisaslaşması üzrə magistr dərəcəsini alıb. 2015-ci ildə London School of Journalism poeziya kursunu bitirib. 2016-ci ildə California İnstitute of the Arts poeziya seminarında iştirak edib və həmin ildə University of Pennsylvania Müasir Amerika Poeziya (“ModPo”) kursunu bitirib.

Leyli 5 şeir və 1 uşaqlar üçün kitabın müəllifidir. Onun şeirləri və məqalələri Böyük Britaniya, Polşa, Kanada, Rusiya, Avstraliya və ABŞ-ın çoxsaylı ədəbiyyat jurnallarında dərc olunub. Leylinin yerli və beynəlxalq rəssamlarla birgə əsərləri Böyük Britaniyanın Poetry Society, Triumph Gallery Moscow, Yay Gallery Baku, Tbilisi Art Fair və s. sərgilərində nümayiş etdirilib.

Leylinin ikinci “Youtopia” adlı poeziya kitabı 2016-cı ildə London Kitab Festivalında “Xüsusi diplom”a layiq görülüb. Uşaqlar üçün “Dilbərin qaşıq səyahəti” kitabı isə XIII Beynəlxalq “Kitab incəsənəti” adlı müsabiqədə MBD ölkələri arasında 2-ci yer qazanıb.

13 noyabr 2021-ci il tarixində Gürcüstanda keçirilən Birinci Beynəlxalq Animasiya Konfransında Firəngiz Bağırova ilə birgə “Sonuncu lələk” adlı layihə ilə “Animated Film Project Pitching” vörkşopunda 1-ci yerə layiq görülmüşlər.

Leyli Salayeva Azərbaycan Yazıçılar Birliyinin və Britaniya Poeziya Cəmiyyətinin üzvüdür. 2023-ci ildən isə Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Leyli Salayeva – Instagram
Leyli Salayeva – Facebook
Leyli Salayeva – Vebsayt

Filmoqrafiya:

  1. “Sonuncu lələk” (qısametrajlı animasiya filmi, pre-prodakşn) – ideya və şeir müəllifi
  2. “Turandokht. Radio Riddles” (2019) (səs quraşdırması) – ssenari müəllifi
  3. “Güzgü” (2019) (video art) – şeir müəllifi
  4. “Güllə-sözlər” (2019) (video art) – şeir müəllifi
  5. “Məchulluğa doğru” (2018) (qısametrajlı sənət filmi) – ssenari müəllifi
  6. “Qismət” (2018) (video art) – şeir müəllifi
  7. “İçinə” (2018) (video art/perfomans) – ssenari müəllifi
  8. “Yalnız kişilər üçün (qadınlar, utanmayın)” (2017) (video art) – şeir müəllifi
  9. “Vertigo” (2017) (səs quraşdırması) – ssenari müəllifi