Rejissor, animator, rəssam

Tərcümeyi-hal:

Əliyeva Mehriban Fuad qızı 2008-ci il avqustun 26-sı Şəki rayonu, Baş Layısqı kəndində anadan olub. İlk təhsilini Qumux kənd tam orta məktəbində alıb.

2023-cü ildə hazırladığı “Xəyalpərəst” filmi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında iştirak edib. Həmin festivalın treylerində və daha sonra “Durna” sənədli filmində animator kimi çalışıb. Həmin il ANIMAFILM School-un təşkil etdiyi “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşopda iştirak edib və onun layihəsi pitching müsabiqəsində birinci yerə layiq görülüb.

Hazırda o, ilk azərbaycanlı qadın pilotlardan biri, Züleyxa Seyidməmmədova haqqında olan həmin film layihəsini təkmilləşdirməklə məşğuldur.

2023-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Filmoqrafiya

  1. 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2023) ­– animator
  2. “Sən haralısan durna?” (bədii sənədli film, 2023) ­– animator
  3. “Xəyalpərəst” (2023, qısametrajlı animasiya filmi) – rejissor, rəssam, animator