Rejissor, animator, rəssam

Tərcümeyi hal:

Sevinc Əlikram qızı Quliyeva. 1998-ci il noyabrın 27-si Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsində bakalavr təhsili alıb. 2020-2022-ci illərdə qrafika ixtisası üzrə magistratura təhsili alıb.

2020-ci ildə “Qar kürəsi” animasiya filmi Beynəlxalq Animafilm festivalında ən yaxşı tələbə nominasiyası üzrə qalib gəlib. 2021-ci ildə “+65” animasiya filmi Baku internation short film festivalında xüsusi mükafata layiq görülüb.

2023-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Sevinc Quliyeva – Instagram

Filmoqrafiya:

  1. “Bir arzu tut” (qısametrajlı animasiya filmi, kağız üzərində) – rejissor, animator
  2. “Qar kürəsi” (qısametrajlı animasiya filmi, stop motion) – rejissor, animator
  3. “+65” (qısametrajlı animasiya filmi, kağız üzərində) – rejissor, animator
  4. “Kuklalar”(qısametrajlı animasiya filmi, stop motion) – rejissor, animator