Rejissor, prodüser, ssenari müəllifi

Tərcümeyi-hal:

Əliyeva Seyla Abdulkərim qızı 1986-cı il, dekabrın 29-da Almaniyanın Maqdeburq şəhərində anadan olub. İlk təhsilini 1994-2005-ci illərdə Bakı, Nəsimi rayonu, Abdulla Şaiq adına tam orta məktəbində alıb. 2005-2009-cu illərdə Azərbaycan Dillər Universitetində İngilis dili fakültəsində təhsilini davam etdirib. 2007-ci ildən işə başlamış, əsasən satış və marketinq sahəsində çalışmışdır.

Uşaqlıqdan nağıl, hekayə və şeirlər yazır. 2020-ci ildən KooklaTV youtube kanalını yaradaraq, körpələr üçün ana dilində  animasiya filmlərinin istehsalında çalışmağa başlayıb. Bu kanal sayəsində minlərlə uşaq öz ana dilində danışmaq öyrənib. İstər xaricdə yaşayan Azərbaycan vətəndaşlarının övladlarının, istərsə də respublikanın özündə autizmli körpələrin Azərbaycan dilini öyrənməsində bu kanalın əməyi danılmazdır.

Onun animasiya filmləri 2022 və 2023-cü illərdə ANİMAFİLM Beynəlxalq Animasiya Festivallarında iştirak etmişdir.

2023-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər: 

KooklaTV – YouTube

KooklaTV – Instagram

KooklaTV – Facebook

KooklaTV – TikTok