

13-17 may 2026-cı il tarixlərində Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə paytaxt Bakıda – Nizami Kino Mərkəzi və Suraxanı gəmi-muzeyində 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq. Azərbaycanın ilk və yeganə animasiya festivalı olan ANİMAFİLM-ə bu il beynəlxalq maraq rekord həddə çatıb: dünyanın 60-dan çox ölkəsindən festivalda iştirak üçün 437 animasiya filmi göndərilib.
Genişmiqyaslı baxış və qiymətləndirmə prosesindən sonra festivalın seçim komissiyası tərəfindən müxtəlif kateqoriyalar üzrə müsabiqədə yarışacaq filmlərin siyahısı müəyyənləşdirilib və festivalın seçim komitəsinin qərarına əsasən, bu il rəsmi seçim proqramına 20 müxtəlif ölkəni təmsil edən ümumilikdə 34 film daxil edilib. Seçilmiş filmlər həm vizual zənginliyi, istifadə olunan innovativ animasiya texnikaları, həm də toxunduğu qlobal və lokal mövzuların dərinliyi ilə fərqlənir.
Tezliklə başlaycaq festivalın tam proqramı ANİMAFİLM-in rəsmi veb-saytında və sosial şəbəkə hesablarında ictimaiyyətə açıqlanacaq. Biletləri isə artıq indidən buradan ala bilərsiz!
Ən yaxşı qısametrajlı animasiya filmi (GRAND – PRIX)
Because Today is Saturday – Rejissor: Alice Eça Guimarães (Portuqaliya)
Facade – Rejissor: Elise Kruusel (Estoniya)
Emechiche, The Rebirth of White-Headed – Rejissor: Juan Camilo González (Argentina, Kolumbiya)
Grotesque – Rejissorlar: Valeria Blanco Ortiz, Mariana Sánchez Rodríguez (Meksika)
Living with a Visionary – Rejissor: Stephen P. Neary (ABŞ)
Nephila – Rejissor: Kristian Zaharinov Zahariev (Bolqarıstan)
On Saint Nicholas’ Eve – Rejissor: Emy Mirel Ivasca (Rumıniya)
The Bears’ River – Rejissor: Anaïs Mauzat (Belçika)
Ən yaxşı uşaq qısametrajlı animasiya filmi
Beetles – Rejissor: Piotr Chmielewski (Polşa)
Catch that Fish! – Rejissorlar: Julia Ragot, Gabrielle Montané və digərləri (Fransa)
Cloud Fish – Rejissor: Noe Garcia (Belçika, Fransa)
For You – Rejissor: Himari Chatani (ABŞ)
I Fly When No One’s Watching – Rejissor: Hana Takubo (Yaponiya)
Line 12 – Rejissorlar: Sarah Schulz, Christopher Schmier (Almaniya)
The Empty Panel – Rejissor: Thibault Chollet (Fransa)
The Magic Garden – Rejissorlar: Carlon Hardt, Naira Carneiro (Braziliya)
The Sky Was Candy – Rejissor: Anh Tú Nguyen (Almaniya)
Vanishing Fireflies – Rejissor: JP Corton (Filippin)
Ən yaxşı animasiya serialı
Anselmo Wannabe – s.01 ep.01 – L’Architetto – Rejissor: Massimo Ottoni (İtaliya)
Any Malu’s (Unfiltered) World – The Unboxing Nightmare – Rejissor: Michele Massagli (Braziliya)
Beelus’s Yum Yum Time Season 2 – EP01 – Rejissorlar: Shu-Hua Hsu, Fu-Sheng Lee (Tayvan)
Brave Animated Series 2 – Episode 3 – Rejissor: Tzu-Ting Yang (Tayvan)
How smart are crows? – Rejissor: Irida Zhonga (Yunanıstan, Niderland, ABŞ)
Konigiri-Kun Itadakimasu ー Let’s Eat! – Rejissor: Mari Miyazawa (Yaponiya)
Pai Pai – Ep06: Typhoon’s Coming – Rejissor: Hugo Huang (Tayvan)
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi
İki daşın arasında (Between Two Stones) – Rejissor: İlkin Zəfərli
Məndən uzaq, özümə yaxın (Closer to Myself, Away from the Ego) – Rejissor: Aygün Baxşı
Molla Nəsrəddinin “Qorxulu Macərası” (“The Scented Adventure” of Molla Nasreddin) – Rejissor: Firəngiz Qurbanova
Pulun dili (Money Talks) – Rejissor: Firəngiz Bağırova
Qu sədaqəti (Swan Loyalty) – Rejissor: Ruqəyyə Rəhimli
Təbiəti qoruyaq! (Save Nature!) – Rejissor: Şeyla Əliyeva
Tikanlı kol (The Thorny Bush) – Rejissor: Nəsib Fətullayev
Festivalın direktoru Rəşid Ağamalıyev builki rəsmi proqram və festivala olan maraq haqqında öz fikirlərini belə ifadə edib:
“Bu il 60-dan çox ölkədən 450-ə yaxın filmin göndərilməsi ANİMAFİLM festivalının qlobal animasiya xəritəsində tutduğu mövqeyin və artan beynəlxalq nüfuzunun əyani sübutudur. Hər kəsi 13-17 may tarixlərində bu sehrli dünyanın bir hissəsi olmağa dəvət edirik.”
Festival çərçivəsində təkcə yerli və xarici film nümayişləri deyil, eyni zamanda sənayenin inkişafına təkan verən 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi, xarici mütəxəssislərin iştirakı ilə ustad dərsləri, peşəkarlarla görüşlər və müxtəlif müzakirə panelləri də baş tutacaq. Festival yerli animasiya sənayesi nümayəndələrini beynəlxalq təcrübə ilə tanış etmək missiyasını bu il də uğurla davam etdirir.