

9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 13-17 may 2026-cı il tarixlərində Azərbaycan Animasiya Assosiasiyasının və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və “Yaradıcı Mərkəz”in dəstəyi ilə baş tutacaq.
Festivalın tam proqramı ilə www.animafilm.az saytında tanış ola bilərsiniz.
Animasiya sahəsində peşəkarlarla həvəskarlar arasında körpü olan, yaradıcı mübadilələr vasitəsi ilə yeni layihələrin yaranması meydanına çevrilən və hər il yeni aktual mövzuyaa həsr olunan ANİMAFİLM bu dəfə iştirakçıları “Dəniz” səyahətinə dəvət edir. Festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi, dünyada ilk muzey olan “Suraxanı” gəmi-muzeyi və “Fluxus Space” qalereyasında keçiriləcək.
ANİMAFİLM Festivalının direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevin sözlərinə görə, festival zamanı tamaşaçılar zəngin müsabiqə və müsabiqədənkənar proqramları izləyəcək, xarici animasiya müəllifləri ilə görüşəcək, “İsi və Piti” uşaq animasiya serialının, “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyeralarının şahidi olacaqlar. Tədbirlər isə bununla bitmir. ANİMAFİLM Festivalı “ANİMAFİLM School: Stop-motion” ustad dərsini, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsini, “ANİMAFİLM” jurnalını, “OSCAR” və “BAFTA” mükafatlarına layiq görülmüş animasiya filmlərini tamaşaçılara təqdim edəcəklər.
Qeyd edək ki bu il Festivalın coğrafiyası daha da genişlənmişdir. Dünyanın 60-dan çox olkəsindən festivalda iştirak üçün 437 animasiya filmi gondərilib. Rəsmi musabiqə proqramına 20 muxtəlif olkəni təmsil edən umumilikdə 31 film daxil edilib. Seçilmiş filmlər həm visual zənginliyi, istifadə olunan innovativ animasiya texnikaları, həm də toxunduğu qlobal və lokal mövzuların dərinliyi ilə fərqlənir.
2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.
Tərəfdaşlar: Nizami Kino Mərkəzi, “Nine Senses”, “Fluxus Space”, Kanadanın Türkiyə və Azərbaycandakı səfirliyi, British Council, Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi, “Şekerci Cafer Erol”, “Eminence – Events & Catering”, “Almond”, “Cuppa Coffee”, “Dynamic Box”, “Kinobiz”, “OB Film”, “KYNO”, “FAMU” təşkilatlarıdır. Biletlərin satışı “Tripsome” platforması üzərindən həyata keçirilir.
Qeyd edək ki, 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz festivalın il ərzində regionlarda əks-sədaları baş tutur. Məqsədimiz isə animasiya sənətini paytaxtla yanaşı, bölgələrdə də inkişaf etdirmək, tamaşaçı ilə ünsiyyət qurub onların arzu və istəklərini öyrənmək, peşəkar kadrların yetişdirilməsi üçün imkanları araşdırmaq və yeni iş yerlərinin açılması istiqamətində təkliflər irəli sürməkdir. Bu məqsədlə 2021-ci ildən başlayaraq “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə “ANİMAFİLM Gəncədə”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Xankəndidə”, “ANİMAFİLM Laçında”, 2026-cı ildə isə “ANİMAFİLM Gəncədə” festivalları keçirilib.