

9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 13-17 may 2026-cı il tarixlərində Nizami Kino Mərkəzi və “Fluxus Space” qalereyasında baş tutub.
Festival Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və “Yaradıcı Mərkəz”in dəstəyi ilə keçirilib.
Əsas mövzusu “Dəniz” olan Beynəlxalq Festivalda 1000-dən çox tamaşaçı 20 ölkədən 40-dan çox filmi izləyib. Yaradıcılığın mərhəmətlə birləşdirdiyi bu festivalda bilet satışlarından əldə olunan gəlir kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan “İsi, Piti və Suiti” kitabına xərclənəcək.
Festival çərçivəsində “ANİMAFİLM” animasiya jurnalı dərc olunub. Jurnalın ilk sayında bir-birindən maraqlı müsahibələr, yeni layihələrin anonsları, beynəlxalq festivallarda ölkəmizi təmsil edən yeni Azərbaycan animasiya filmləri, komikslər və 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının gündəliyinə daxil edilən filmlər haqqında məlumatlar, proqram yer alıb.
Festival dörd proqramdan – Müsabiqə, Müsabiqədənkənar, Peşəkarlar və Müşahidəçi proqramlarından ibarət idi.
Dünyanın 60-dan çox ölkəsindən festivalda iştirak üçün 437 animasiya filmi göndərilib. 9 nəfərdən ibarət Seçim komissiyası tərəfindən rəsmi müsabiqə proqramına 20 müxtəlif ölkəni təmsil edən 31 film daxil edilib. Beynəlxalq münsiflər heyətinin üzvləri – Aynur Zərrintac (Azərbaycan), Anna Bára Stejskalová (Çexiya), Elene Tavadze (Gürcüstan), Elnarə Nəsirli (Azərbaycan), Məsud Alısoy (Azərbaycan), Nandan Gautam (Hindistan, Azərbaycan) müsabiqə proqramının qaliblərini seçiblər. Qaliblər Bağlanış mərasimində elan olunub.
Mayın 13-də Nizami Kino Mərkəzində 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılışı baş tutub. Açılışın əsas hadisəsi “İsi və Piti” (rej. Rəşid Ağamalıyev) animasiya serialının üç bölümünün və “Yulaf dönərgə” (rej. İzabela Plucinska) animasiya filminin premyerası olub. Açılışda “Dəniz” (rej. Petre Tomadze) adlı rəsmi festival treyleri və “Dəniz səyahəti” (rej. Elçin Axundov), “Bum-bum” (rej. Nəzrin Ağamalıyeva, Rəşid Ağamalıyev), “Yer və Ay” (rej. Pavel Kim) qısametrajlı animasiya filmləri nümayiş olunub. Tədbirdə festivalın direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov, festivalın icraçı direktoru Sərxan Nəciyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, animasiya rejissoru Elçin Axundov, “İsi və Piti” animasiya serialında İsi personajını səsləndirən Teoman Sultan, ekoloq Zülfü Fərəcli və “Naz Girls” vokal ansamblı çıxış ediblər.
Festivalın növbəti günlərində 20-dən çox tədbir keçirilib. Tədbirlərdə Bakı sakinləri, xarici qonaqlar, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Talassemiya Mərkəzinin uşaqları, 132-134 nömrəli təhsil kompleksinin, 31 nömrəli, 41 nömrəli, 43 nömrəli orta ümumtəhsil məktəblərinin, “Baku-Oxford School” məktəbinin şagirdləri iştirak ediblər.
Müsabiqə proqramı çərçivəsində Nizami Kino Mərkəzində “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı televiziya animasiya serialı” və “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” nominasiyalarında nümayişlər keçirilib, müəlliflərlə müzakirələr təşkil olunub.
Peşəkar proqramı çərçivəsində 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi və “ANİMAFİLM School: Stop Motion” vörkşopları baş tutub. Pitçinq müsabiqəsi münsiflər heyətinin üzvləri – Polina Kniazeva (ssenari müəllifi, prodüser), Orxan Behbid (“OB FILM” MMC), Şahin Əliyev (“Dynamic Box Studio” MMC), Ramil Ələkbərov (“KİNOBİZ” MMC) tamaşaçılarla bilrikdə yerli və beynəlxalq layihə müəlliflərinin təqdimatlarını izəyiblər. Vörkşop çərçivəsində “Stop-motion” animasiya rejissorları Bára Anna Stejskalová (Çexiya), Elene Tavadze (Gürcüstan), Irida Zongha (Netherlands), İlkin Zəfərli (Azərbaycan), Qalib Bağırov (Azərbaycan), tələbələrə “stop-motion” animasiyasının əsasları barədə məlumat veriblər və tələbələr öz gəlinciklərini yaradıblar.
Müsabiqədənkənar proqramda “İsi və Piti” animasiya serialının “Dalğıclar”, “Rəssamlar”, “Aşpazlar” bölümlərinin, Kanadanın Azərbaycandakı səfirliyi və British Council-ın dəstəyi ilə “OSCAR” və “BAFTA” filmlərinin, “stop-motion” animasiya rejissorları Bára Anna Stejskalová (Çexiya), Elene Tavadze (Gürcüstan), Irida Zongha (Netherlands) və İlkin Zəfərlinin (Azərbaycan) animasiya filmlərinin nümayişləri olub.
Müşahidəçi proqramı çərçivəsində festivalda Diləzbər Hüseynzadənin “Özünü yarat: “Eko çanta” üzərində İsi və Pitini çək” ustad dərsi, həmçinin “Şekerci Cafer Erol” və “Almond Cake & Bakery” kafelərində yerli və xarici animasiya müəllifləri ilə yaradıcı görüşlər təşkil edilib.
Mayın 17-də Nizami Kino Mərkəzində 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi baş tutub. Tədbirdə festivalın direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov, festivalın icraçı direktoru Sərxan Nəciyev, “İsi və Piti” animasiya serialında İsi personajını səsləndirən Teoman Sultan çıxış ediblər.
Mükafatlandırma mərasimində münsiflər heyətinin üzvləri Anna Bára Stejskalová (Çexiya), Elene Tavadze (Gürcüstan), Lesli Grey (“Var Yox” platdormasinin kuratoru), Johannes Kirpestein (Niderland Krallığı Səfirliyinin missiya rəhbərinin müavini), Turan Məmmədli (Nizami Kino Mərkəzinin direktoru vəzifəsini icra edən), Pitçinq müsabiqəsi münsiflər heyətinin üzvləri Polina Kniazeva, Orxan Behbid, Şahin Əliyev və Ramil Ələkbərov qalibləri elan ediblər.
Mərasimdə animasiya peşəkarları, kino sənayesinin nümayəndələri, həmçinin Jedrzej Jakubowski (Polşa Respublikası Səfirliyinin Siyasi və İqtisadi Bölməsinin attaşesi) iştirak ediblər. Sonda “İsi və Piti” animasiya serialının “Aşpazlar” bölümü nümayiş olunub və tamaşaçılar komanda üzvləri – Gülyaz İsmayıl (təhsil proqramları və qonaqlar üzrə menecer), Tati Səttar (PR menecer), Zümrüd İsmayılova (layihə menecer), Nəzrin Axundova (festivalın dizayneri), Jalə Hacıyeva (qrafik dizayner), Firuzə Mahmudova (SMM menecer), Dəniz Mustafazadə (festival assistenti), Çiçək Bayramlı; (videoqraf) və Kseniya Şirini (fotoqraf), Bahar Zeynallı (moderator), Marat Xairov (kinotexnik), Gülşən Hüseynova (redaktor), Faiq Əliyev (ANİMAFİLM jurnalının elektron tərtibatçısı), Vamiq Babayev (mühasib) alqışlayıblar.
9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının qalibləri aşağıdakılardır:
2-ci ANİMAFİLM Pitçinq müsabiqəsinin qalibləri: