BİRİNCİ HİSSƏ. AZƏRBAYCAN ANİMASİYA ASSOSİASİYASININ FƏALİYYƏTİ
İKİNCİ HİSSƏ. 2023-CÜ İLDƏ AZƏRBAYCAN ANİMASİYASINA AİD STATİSTİKALAR VƏ NAİLİYYƏTLƏR
Hesabat üç hissədən ibarətdir. Birinci hissədə 2023-cü ildə Azərbaycan Animasiya Assosiasiyası ictimai birliyinin fəaliyyəti təsvir olunub. İkinci hissədə 2023-cü ildə Azərbaycan animasiyasına aid statistikalar və nailiyyətlər qeyd olunur. Üçüncü hissədə (“Xülasə”) isə Azərbaycan animasiyasının gələcəyi barədə söhbət açılır.
2023-cü ildə Azərbaycan Animasiya Assosiasiyası 17 tədbirin və layihələrin təşkilatçı və ya dəstəkçisi olub. 2023-cü ildə assosiasiyaya 17 üzv qoşulub (16 fiziki şəxs, 1 şirkət), ümumi üzvlərin sayı 23-ə çatıb (21 fiziki şəxs və 2 şirkət). Assosiasiya tərəfindən təşkil olunan ən böyük layihə 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı idi. 2023-cü ildə assosiasiyasının fəaliyyətlərini təqdim edirik:
Yanvarın 10-nunda “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatı dəstəyilə Azərbaycan Dövlət Film Fondunda tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olundu. Tədbirdə “Qız qalası əfsanəsi” və “Günlərin bir günündə…” animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi nümayiş etdirildi.
Aprelin 20-21 tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan kinosu – 125: Reallıq, çağırışlar və məqsədlər” adlı kinoforumda assosiasiyasının üzvləri iştirak ediblər.
Aprelin 27-də Azərbaycan Animasiya Assosiasiyasının üzvləri nazir Adil Kərimliyə müraciət ünvanladılar.
Aprelin 29-da Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, ANİMAFİLM festivalı da daxil 20-dən artıq donor və tərəfdaşların dəstəyilə “Zəfərdən dirçəlişə” adlı layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi yerinə yetirilib.
İyunun 11-indən 17-sinədək Azərbaycan Animasiya Assosiasiyasının üzvləri dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak ediblər. Festivalda “Hədis” (rejissor Nəzrin Ağamalıyeva) qısametrajlı animasiya filminin dünya premyerası baş tutub (film beynəlxalq müsabiqədə iştirak edib). Qeyd edək ki, “Hədis” 112 ölkə üzrə 3250 film arasından seçilib. Qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. Annecy festivalında, həmçinin, gənc animasiya rejissoru Ülviyyə Məmmədova da iştirak edib. Onun festivalda iştirakı 5-ci ANİMAFİLM festivalının “Ağ qorxu” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub.
İyulun 17-sində Mədəniyyət Nazirliyində kino ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi (ARKA) film layihələri müsabiqəsinə həsr olunan təqdimat tədbiri keçirilib. Tədbirdə Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev iştirak edib.
Avqustun 2-sində Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 illiyi və Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və rəssam Kübra Binnətova fəxri fərmanla təltif olundular.
Avqustun 5-ində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə animasiya kinosu sahəsində çalışan peşəkarlar və həvəskarlarla görüş keçirilib.
Avqustun 24-ündə Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Prodüserlər Gildiyası birgə prodüserlər və animatorlar üçün görüş keçirib.
Sentyabrın 6-sından 10-nunadək Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirildi. Festivalın builki mövzusu “Qadın haqları” idi. Bilet satışlarından əldə olunan gəlir Azərbaycanın gənc qadın rejissorlarına ianə edildi. Festivalın baş sponsorları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi, əsas sponsoru İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, digər sponsorları Niderland Krallığının Azərbaycandakı Səfirliyi və “TOTD” ictimaiyyətlə əlaqələr təşkilatı olub. Festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, “Shahmaran Metaceramica”, “Gender Hub Azerbaijan”, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, “Tripsome”, “XPPen”, “Mr. Chemical”, “Bonaqua“, “Dynamic Box“ şirkətləridir. Festivalın media tərəfdaşları: “Skwigly” onlayn animasiya jurnalı, Mədəniyyət TV, Trend İnformasiya Agentliyi, Day.az, Milli.az, Azernews, “Əkinçi”, “VarYox”, “KYNO” platformaları və CityLife.az.
Sentyabrın 6-sından 10-nunadək Nizami Kino Mərkəzində keçirilən 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında “Animasiya filmləri vasitəsilə qadın haqları” vörkşopu və maliyyə proqramı layihəsi uğurla həyata keçirildi. Festival çərçivəsində təşkil edilən bu proqram gənc qadın rejissorlara qadın haqlarına yönəlmiş animasiya filmlərini yaratmaq üçün platforma təklif etmək məqsədi daşıyırdı. Bu vörkşopu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirdi. Belə ki, festivalın bilet satışından əldə etdiyi 9456 AZN gəlirin (tədbir zamanı 3000-dən çox bilet satılıb) 3000 AZN-i vörkşop iştirakçılarının dəstəklənməsi üçün ayrıldı. Seçilmiş rejissorlar animasiya peşəkarları – isveçrəli rejissor Isabelle Favez, fransalı prodüser Olivier Catherin və azərbaycanlı rejissor Nəzrin Ağamalıyevanın rəhbərlik etdiyi təlim sessiyaları, ustad dərsləri və məsləhətləşmələrdə iştirak etdilər. İki layihə qalib oldu. 1-ci yer: Rejissor Mehriban Əliyeva, “Züleyxa Seyidməmmədova” (“Səma qızı”) filmi – 2000 AZN pul mükafatı. 2-ci yer: Rejissor Leyla Novruzova, “Üzük” filmi – 1000 AZN pul mükafatı.
Sentyabrın 7-ində dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan milli animasiya sənayesi üçün kommersiyalaşdırılma və ixrac imkanları perspektivləri” mövzusunda dəyirmi masa təşkil olundu. Mədəniyyət Nazirliyinin dəstəyi, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin təşkilatçılığı ilə reallaşan tədbir 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində keçirilib.
Sentyabrın 29-unda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbuluna start verildi. Bu – 8 həftəlik təlim proqramı, yerli animatorların peşəkarlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə həyata keçirilir. Təlimi nəzərə alaraq ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur. Bu təlim “Lakeside” animasiya studiyasının kreativ direktoru Matthew Lyonun rəhbərliyi altında keçiriləcək.
Oktyabrın 4-ündə və 6-sında Xəzər Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “Animatorların inkişaf proqramı” (Animator’s accelerator) adlı təlimin infosessiyaları təşkil olundu.
Oktyabrın 13-14 tarixlərində Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və Assosiasiyanın üzvü, “Kookla TV” YouTube kanalının rəhbəri rejissor Seyla Əliyeva Şuşada keçirilən 1-ci Türk Dünyası Mədəniyyət Forumuda eştirak ediblər. Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev və türk dövlətlərindən digər rəsmilər, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və kollektivləri iştirak edir. Forum çərçivəsində yaradıcı sənayelərin və innovasiyaların mədəniyyət sahəsində inkişafı ilə bağlı panel keçirilib. Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Mədəniyyət və Yaradıcı sənayelər sahəsində türk dövlətlərinin əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən panel sessiyası ilə bağlı məlumatları iştirakçılarla bölüşüb. Forumda həmçinin Qazaxıstanın Almaty Animation Festival-ının təşkilatçıları, animasiya rejissorları Anita Chernykh və Ivan Ardashov və Üzbəkistanın DIP Animation Studio-sunun əməkdəşı Makhmud Goziev iştirak ediblər.
Oktyabrın 28-i, Beynəlxalq Animasiya Günündə Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “Animatorun reyhan kompotu” adlı tədbir kiçirilib.
Noyabrın 19-unda Şəkidə, dekabrın 2-sində Lənkəranda 6-cı ANİMAFİLM festivalında qalib gəlmiş bir sıra filmlər, o cümlədən, “Hədis” animasiya filmi təqdim olunub. Tədbirlər animator Mehriban Əliyeva (Şəki) və “O biri otaq” açıq platformasının (Lənkəran) dəstəyilə keçirilib.
Noyabrın 27-si – dekabrın 3-ü tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı həftə” çərçivəsində “Yaradıcı Sənayelər Sərgisi” keçirilib. Sərgidə nümayiş etdirilmiş Azərbaycan Animasiya Assosiasiyasına məxsus stenddə ölkəmizin animasiya studiyaları öz məhsul və xidmətlərini təqdim ediblər. Həmçinin, mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzinin stendində “Animatorların inkişaf proqramı” (Animator’s Accelerator) barədə məlumat verildi. Sərgi iştirakçılarına, həmçinin, “Animation in Azerbaijan 2023” adlı kataloq da təqdim olundu. Kataloqda Azərbaycanda çəkilmiş və hazırlıq mərhələsində olan animasiya filmləri və seriallar, animasiya sahəsində fəaliyyət göstərən studiyalar, kinofestivallar, animasiya kinosuna dəstək göstərən qurumların siyahısı əks olundu.
Noyabrın 29-unda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçirilib. Forumda Azərbaycan Animasiya Assosiasiyasının dəstəyilə “Türk dünyası animasiya şəbəkəsinin qurulması” mövzusunda dəyirmi masa təşkil olunub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türkdilli ölkələrdən qabaqcıl animasiya studiyaları “Turkic Animation Network” şəbəkəsinin yaradılması və birgə əməkdaşlığı müzakirə ediblər.
Dekabrın 1-3 tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində “Gəl, YARAT!” kreativlik üzrə marafon keçirilib. Marafon çərçivəsində Azərbaycan Animasiya Assosiasiyasının dəstəyilə “Pitch a TV Show!” təlim və pitçinq müsabiqəsi baş tutdu. “Pitch a TV Show!” təliminin iştirakçıları animasiya serialının istehsalı haqqında geniş məlumat aldılar, həmçinin, personaj dizaynının hazırlanması, sinopsis yazılması və layihə təqdim olunmasına (pitçinq) dair biliklərə yiyələndilər. Təlimin sonunda komandalar animasiya serialları layihələrini təqdim etdilər və qaliblər elan olundu (“Ovsun” komandası, “Yerimizin keşikçiləri” layihəsi – Fatimə Həsənzadə, Sevil Rafailova, Sevinc Bilalova). Animasiya təlimində mentor qismində Oqtay Yusibov, münsiflər heyəti qismində isə rejissor Elçin Hami Axundov və Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov çıxış ediblər.
Dekabrın 3-ündə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə və Azərbaycan Animasiya Assosiasiyasının dəstəyilə “Yaradıcı həftə” çərçivəsində dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə “Mulan” (1998) filmi nümayiş etdirilib.
Dekabrın 4-ündə Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev 6-cı ANİMAFİLM festivalının əks-sədası tədbiri çərçivəsində Naxçıvana səfəri zamanı Naxçıvan Dövlət Film Fondunda olmuş, burada Naxçıvan şəhər ümumtəhsil məktəblərindən 11 və 15 №-li tam orta məktəbin şagirdlərinə “Pıspısa xanım və Siçan bəy”, “Hər bir yerdə”, “Bacı olmaq”, “Korvin”, “Kiçik bir səyahət”, “Pərixanım Sofiyeva”, “Timid və ağacdələn”, dekabrın 5-ində isə 2, 4 və 12 №-li tam orta məktəbin şagirdlərinə “Hədis”, “Hidari”, “Şəfəq saçan səma altında”, “Fizika”, “Yengəc”, “Bizim uniforma” animasiya filmləri nümayiş etdirilib.
Dekabrın 18-ində Azərbaycan Animasiya Assosiasiyasının anima.az saytı ilk dəfə olaraq builki NETTY 2023 – Azərbaycan Milli İnternet mükafatlandırma müsabiqəsində nominant olaraq iştirak edib.
Dekabrın 20-sində Azərbaycanın Almaniyadakı səfirliyi tanınmış rejissor, rəssam, animator, ssenarist və yazıçı Məsud Pənahini “Xüsusi tanınma və minnətdarlıq işarəsi” diplomu ilə təltif edib.
2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının tərtibatı ilə “Animation in Azerbaijan 2023” kataloqu çap olundu. Kataloqda 18 “layihələr” (“development” və ya “pre-production” mərhələsində olan layihələr) və 20 “yayımlanmış filmlər” yer alıb.[1]
Layihələr
Tammetrajlı filmlər (2 layihə): “Qarın Qulu”, “Sehrli xalça”.
Qısametrajlı filmlər (14 layihə): “Astronavt”, “Dar vaxtda”, “Dəhşətli həqiqət”, “Əziz dinləyicilər”, “Inanna”, “Kapitan və Xəzər dənizi”, “Qeyri-adi qorxu”, “Narqız”, “Saprim”, “Səma qızı”, “Sonuncu lələk”, “Uyuq”, “Üzük”, “Yaşıl”.
Televiziya serialları (2 layihə): “Atalanta”, “İsi və Tutu”.
Yayımlanmış filmlər
Qısametrajlı filmlər (2 film): “Baharın oğurlanması”, “Hədis”.
Tələbə filmləri (11 film): “Boş yerlər”, “Əsl Toon Blüz”, “Fokus-pokus”, “Xəyalpərəst”, “Kitabın səsi”, “Mavi”, “Nataraz”, “Sirli meşə”, “Təhsil haqqı”, “Tələ”, “Timid və ağacdələn”.
Televiziya serialları (1 serial): “Cəhənnəmin isti bucağı”.
Sifarişli filmlər (6 film): “6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri”, “Xosrov və Şirin”, “Mərhəmət qılıncı”, “The Half” – Birdən ölsək”, “Toplanın yeni evi var”, “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı”.
Kataloq üçün qeydlər:
Kataloqda yer alınmayan bir neçə layihə (məsələn, Firəngiz Bağırovanın “Doublez” layihəsi) və onlarla YouTube videolar yer almayıb (məsələn, 2023-cü ildə “Kookla TV” YouTube kanalında 14 video, “MacaraTV” YouTube kanalında 3 video, “Azkinder Azerbaijan” YouTube kanalında 1 video yüklənilib).
Azərbaycan Animasiya Assosiasiyasının məlumatına görə 2023-cü ildə 10 Azərbaycan animasiya filmi xarici beynəlxalq festivallarda iştirak edib. 2023-cü ildə istehsal olunan 2 film xarici beynəlxalq festivallarda iştirak etmişdir.
“Hədis” (2023, rejissor Nəzrin Ağamalıyeva)
2023-cü ildə “Hədis” qısametrajlı animasiya filmi dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib. 2023-cü ildə “Hədis” 33 beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü – Annecy, Busan, Animest və İzmir “Oscar” kvalifikasiyalı festivallardır. 2023-cü ildə film 8 beynəlxalq mükafat qazanmışdır. “Hədis”in iştirak etdiyi və mükafat qazandığı bütün festivallar haqqında ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz. Film Azərbaycan (“PERİ FİLM MMC”), ABŞ (Azerbaijan Cultural Society of Northern California) və Çexiya (Rəşid Ağamalıyev) birgə istehsalıdır.
“Təhsil haqqı” (2023, rejissor Ruslan İbrahimli)
Ruslan İbrahimli tərəfindən çəkilən “Təhsil haqqı” filmi 2023-cü ildə bu festivallarda iştirak etmişdir:
“Tarix” (2022, rejissor Ceyhun Türksoy)
“OB FILM” MMC tərəfindən istehsal olunan “Tarix” filmi 2023-cü ildə bu festivallarda iştirak etmişdir:
“Qarabağ nağılı” (2022, rejissor Firəngiz Qurbanova)
“Birlik kinostudiyası” MMC tərəfindən istehsal olunan “Qarabağ nağılı” filmi 2023-cü ildə “Altın Saka” Beynəlxalq Animasiya filmləri festivalında (Qazaxıstan) iştirak etmişdir.
“Saman yolu” (2022, rejissor Firəngiz Qurbanova)
“Birlik kinostudiyası” MMC tərəfindən istehsal olunan “Saman yolu” filmi 2023-cü ildə bu festivallarda iştirak etmişdir:
“Qara buludlar” (2022, rejissor Ruslan İbrahimli)
Ruslan İbrahimli tərəfindən çəkilən “Qara buludlar” filmi 2023-cü ildə Hindistanın Kalakari Film Festivalında iştirak etmişdir.
“Araqçın” (2021, rejissor Firəngiz Qurbanova)
“Birlik kinostudiyası” MMC tərəfindən istehsal olunan “Araqçın” filmi 2023-cü ildə “Altın Saka” Beynəlxalq Animasiya filmləri festivalında (Qazaxıstan) iştirak etmişdir.
“Sənətə sevgi hekayəsi” (2021, rejissor Şahin Xəlil)
Şahin Xəlilin “Sənətə sevgi hekayəsi” (“Story Of Art Love”) (2021) qısametrajlı eksperimental animasiya filmi Xorvatiyada keçirilən 14-cü “VAFI & RAFI – International Children and Youth Animation Film Festival”ın əsas müsabiqə proqramına seçilib.
“Başlanğıc” (1981, rejissor Vaqif Behbudov)
Vaqif Behbudovun “Başlanğıc” animasiya filmi Almaniyanın 21-ci Beynəlxalq Səssiz Filmlər və Canlı Musiqi Festivalında (21. Internationales Festival für Stummfilm und Livemusik) nümayiş etdirilib.
“Cırtdan” (1969, rejissor Ağanağı Axundov, Yalçın Əfəndiyev)
Restavrasiya olunmuş klassik “Cırtdan” filmi Italiyanın 37-ci Il Cinema Ritrovato festivalında nümayiş etdirilib. Il Cinema Ritrovato kino restavrasiyasına həsr olunan ən böyük kino festivalı. “Cırtdan” 2022-ci ildə Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm tərəfindən bərpa olunmuşdur.
Aprelin 18-də “Azərbaycanfilm” kinostudiyasının “START-2023” müsabiqəsinin nəticələri elan olunub. Kinostudiyanın 100 illiyinə həsr olunan müsabiqədə “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında iki layihə qalib gəlib: “Sonuncu lələk” (Firəngiz Bağırova) və “Balıq” (Fuad Quliyev).
Aprelin 17-sində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Kino həftəsi” layihəsi çərçivəsində “Pıspısa xanım və Siçan bəy” (1974, rejissor Məsud Pənahi), “Tıq-tıq və dostları möcüzələr axtarışında” (2020, rejissor Sultan Abbasbəyli), “Tıq-tıqla möcüzələr axtarışında – Qobustan” (2022, rejissor Sultan Abbasbəyli) filmləri göstərilib.
Mart ayında Bakının kinoteatrlarında “Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” animasiya toplusu nümayiş etdirilib.
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, YARAT Müasir İncəsənət Mərkəzində “Hədis” (2023, (Rejissor Nəzrin Ağamalıyeva) qısametrajlı animasiya filminin milli premyerası baş tutdu.
Sentyabrın 6-sından 10-nunadək animasiya üzrə Azərbaycanın ən böyük tədbiri olan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 6-cı dəfə baş tutub. Festivalın yerli müsabiqə üzrə qaliblər:
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının nominantları:
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının müsabiqədənkənar proqramında “Hədis” (2023) qısametrajlı animasiya filmi, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunan “Klassik Azərbaycan animasiya filmləri” proqramı (“Cırtdan” (1969), “Pıspısa xanım və Siçan bəy” (1974), “Anam ağaca çıxıb” (1986), “İthaf” (1990), “Söhbətül-əsmar” (1994), “Alove Animasiya Studiya”sının “Sehrli xalça” tammetrajlı animasiya filminin tizeri və “3Dost Production” MMC-nin qısametrajlı “Həsrət” animasiya çarxı nümayiş etdirilib.
Sentyabrın 15-indən 22-sinədək 4-cü Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçirilib. Festivalda “Hədis” filmi (2023, rejissor Nəzrin Ağamalıyeva) nümayiş etdirildi və “Ən yaxşı yerli qısametrajlı sənədli film” mükafatı aldı.
Sentyabrın 26-sından oktyabrın 1-inədək 7-ci “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilib. Festivalda “Hədis” filmi (2023, rejissor Nəzrin Ağamalıyeva) nümayiş etdirildi və “Ən yaxşı qısametrajlı Azərbaycan filmi” mükafatı aldı.
Oktyabrın 8-indən 11-inədək 3-cü “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilib. Festialda “Baharın oğurlanması” (2023, rejissor Aleksandra Şirinova) filmi müsabiqədənkənar proqramda nümayiş etdirilib.
Oktyabrın 19-undan 21-inədək “YARAT” Müasir incəsənət mərkəzinin təşkilaçılığı ilə “YARAT Shorts” qısametrajlı filmlər festivalı keçirilib. Festivalda “Kuklalar” (2022, rejissor: Sevinc Quliyeva), “Boş yerlər” (2023, rejissor Ayan Novruzlu) filmləri nümayiş etdirilib və “Qeyri-adi qorxu” (rejissor Nəzrin Ağamalıyeva), “Sonuncu lələk” (rejissor Firəngiz Bağırova) layihələri təqdim olunub.
Noyabrın 10-nundan 15-inədək 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Festivalda yerli animasiya müsabiqə proqramı yox idi. Festivalın “Beynəlxalq müsabiqəsində” “Hədis” filmi (2023, rejissor Nəzrin Ağamalıyeva) nümayiş etdirildi və “Münsiflər heyətinin xüsusi qeydi” diplomu aldı. “Panorama” proqramı daxilində “Kuklalar” (2022, rejissor: Sevinc Quliyeva) və “Timid və ağacdələn” (2023, rejissor Toğrul Məstəlizadə) nümayiş etdirildi. Festivalın “Retrospektiv” proqramında “Münəccimin şagirdi” (1983, rejissor Arif Məhərrəmov) nümayiş etdirildi.
İyulun 18-ində Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) film layihələri müsabiqəsi elan edib. 23-24 noyabr tarixində Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdə 3 animasiya layihəsi iştirak etmişdir: “44 gün” (“3Dost Production” MMC), “Narqız” (“PERİ FİLM” MMC) və “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) (qeyd edək ki, “Kapitan və Xəzər dənizi” hibrid sənədli filmində animasiyadan və arxiv materiallarından istifadə olunacaq). Noyabrın 11-ində müsabiqənin nəticələri elan olunub. “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli animasiya, “Narqız” (“PERİ FİLM” MMC) qısametrajlı animasiya film layihələri müsabiqədə qalib oldu və istehsalına dəstək göstərilməsi təsdiq edildi. Müsabiqəyə təqdim olunmuş və seçilməmiş istənilən layihə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edilə bilər.
Dekabrın 2-sindən 9-unadək audiovizual şuranın dəstəyi və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Qazaxıstan Respublikasının “Balapan” televiziya kanalının animasiya üzrə mütəxəssislərinin ümumölkə və peyk televiziya kanallarının animasiya üzrə əməkdaşları üçün 2 onlayn təlim keçirilmişdir.
Dekabrın 12-sində audiovizual şura 2023-cü ilin noyabr ayı ərzində ümumrespublika yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə bölgü açıqlayıb. Proqram bölgüsü səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan verilişləri əhatə edib. Məzmun bölgüsündə ən az paya malik olan proqramlar “uşaq proqramları (0,4 faiz) və cizgi filmləri (0,6 faiz) olub.
Fevralın 7-sində Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Kino Məktəbinin təntənəli buraxılış gecəsi keçirildi. Animasiya üzrə üç tələbə məzun oldu – Kübra Binnətova, Gülnar Əliyeva və Banu Adaşova. Animasiya kursunun rəhbəri Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova olub.
Mayın 12-sində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2023/2024-cü tədris ilində “Animasiya və kompüter qrafikası” ixtisası üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edib.
Sentyabrın 29-unda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbuluna start verildi. Bu – 8 həftəlik təlim proqramı, yerli animatorların peşəkarlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə həyata keçirilir. Təlimi nəzərə alaraq ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur. Bu təlim “Lakeside” animasiya studiyasının kreativ direktoru Matthew Lyon-un rəhbərliyi altında keçiriləcək.
Sentyabrın 6-sından 10-unadək Nizami Kino Mərkəzində keçirilən 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında “Animasiya filmləri vasitəsilə qadın haqları” vörkşopu və maliyyə proqramı layihəsi uğurla həyata keçirildi. Festival çərçivəsində, həmçinin, “Oscar” mükafatlı rejissor Michaël Dudok de Wit-in və “Netflix” və “Apple TV” kimi şirkətlərlə çalışan kanadalı animator Matthew Lyon-un, “Hədis” filminin rejissoru Nəzrin Ağamalıyevanın master-klaslar və uşaqlar üçün gürcüstanlı rejissor Ana Chubinidze və hindistanlı mentor Tehzeeb Khurana-nın vörkşopları baş tutdu.
Oktyabrın 9-unda Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin yüksəlişi” adlı təlim proqramına start verilib. Proqramda iki animasiya layihəsi iştirak etmişdir – “Qeyri-adi qorxu” layihəsi (“PERİ FİLM” MMC) və “Dar vaxtında” (“Dynamic Box” MMC) layihəsi.
Oktyabrın 28-ində Beynəlxalq Animasiya Günündə “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi rejissor Emin Mirabdullayevin rəhbərliyi ilə Bakıda “Anima” animasiya studiyasının açılışı olub. Studiyada stop motion üzrə animasiya dərsləri keçirilir.
Noyabr-dekabr aylarında Mədəniyyət Nazirliyinin dəstəyilə keçirilən “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev 9 şəhər və rayonda (Bakı, Sumqayıt, Şamaxı, Şəki, Mingəçevir, Gəncə, Quba, Lənkəran, Naxçıvan) “Mənfəət üçün canlandırma. Animasiya sənəti və ticarəti” mövzusunda mühazirə oxuyub.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, əminliklə deyə bilərik ki, animasiya kinosu Azərbaycanda inkişaf edir. Artıq ikinci dəfədir ki, Azərbaycan animasiya filmi dünyanın böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edib (“Hədis” animasiya filmi). Assosiasiya tərəfindən 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı daha da böyüdü – festivalda 3000-dən çox tamaşaçı iştirak etdi və cəmi 18 yerli film müsabiqədə yarışdı. Yuxarıda qeyd etdiyimiz kimi, Mədəniyyət Nazirliyi və digər dövlət qurumları da animasiyanı dəstəkləyirlər – məsələn, “Animatorların İnkişaf Proqramı”. YouTube üzərində bəzi yerli animasiya kanalları yaxşı nəticələr əldə ediblər (məsələn, “KooklaTV” kanalın 51,236,107 baxış sayı var). İlin sonunda isə “Türk Animasiya Şəbəkəsi”nin yaradılması müzakirə olunub. Bütün bunlar çox sevindiricidir.
Lakin, animasiya kinosu sahəsi üzrə bir neçə problem gündəmdə qalır və onların həlli üçün ciddi addımlar atmaq gərəkdir:
Növbəti illərdə Azərbaycan Animasiya Assosiasiyası məhz bu vacib problemlərin həll olunması üçün çalışacaq.
Azərbaycan Animasiya Assosiasiyası
Bakı, 11.02.2024
https://www.facebook.com/Azerbaycan.animasiyasi
https://www.instagram.com/azerbaycan.animasiyasi/
https://www.instagram.com/animafilm.festival/
https://www.facebook.com/groups/anima.az/
https://az.m.wikipedia.org/wiki/H%C9%99dis_(film)
https://medeniyyet.az/page/news/68429/.html
https://festival.ilcinemaritrovato.it/en/evento/cr-kids-fiabe-dal-mondo/
https://www.admiu.edu.az/az.php?go=tekrartehsil
https://1news.az/news/20231122100438564-V-Baku-otmetyat-100-letie-studii-Disney
https://kulis.az/xeber/media/orxan-adigozelovun-filmi-numayis-olunacaq-51379
https://aki.az/rejissor-m%C9%99sud-p%C9%99nahi-tamasacilara-muraci%C9%99t-edib/
https://news.day.az/culture/1632954.html
https://news.day.az/culture/1614962.html
https://news.day.az/culture/1617795.html
https://news.day.az/culture/1528234.html
https://news.day.az/culture/1527393.html
https://oxu.az/politics/794795
https://oxu.az/politics/774008
https://xalqqazeti.az/az/medeniyyet/153834-usaqlar-milli-qehreman-soraginda
https://youtu.be/uybT89vClCA?si=s6XtXdn6NlMzf09E
https://toxum.org/az/projects/nergiz-animasiya-filmi-176
https://azertag.az/xeber/hedis_animasiya_filmi_beynelxalq_festivalin_qalibi_olub-2863846
https://azertag.az/xeber/yes_mukafatina_muracietlerin_qebuluna_baslanilib-2846943
https://azertag.az/xeber/6_ci_animafilm_naxchivanda-2846463
https://azertag.az/xeber/gel_yarat_yaradiciliq_uzre_marafonun_qalibleri_mueyyenlesib-2840499
https://azertag.az/xeber/bakida_disney_studiyasinin_100_illiyi_qeyd_olunub-2839669
https://azertag.az/xeber/bakida_turk_animasiya_sebekesinin_yaradilmasi_muzakire_olunub-2836981
https://azertag.az/xeber/film_layiheleri_musabiqesinin_pitchinq_merhelesi_kechirilib-2834009
https://azertag.az/xeber/yaradici_heftenin_genis_proqrami_achiqlanib_yenilenib-2832799
https://azertag.az/xeber/bakida__quotdisney_quot_studiyasinin_100_illiyi_qeyd_olunacaq-2830811
https://azertag.az/xeber/animation_in_azerbaijan_2023_adli_kataloq_hazirlanir-2824571
https://azertag.az/xeber/aztv_gelen_ilden_milli_animasiya_filmlerinin_istehsalina_baslayacaq-2822686
https://azertag.az/xeber/bakida_yeni_yarat_shorts_layihesine_start_verilecek-2792986
https://azertag.az/xeber/vi_animafilm_beynelxalq_animasiya_festivali_basa_chatib-2748056
https://azertag.az/xeber/bakida_vi_animafilm_beynelxalq_animasiya_festivalinin_achilisi_olub-2746311
https://azertag.az/xeber/6_ci_animafilm_festivali_uchun_bilet_satislarina_baslanilib-2729878
https://azertag.az/xeber/6_ci_animafilm_festivalinin_musabiqe_istirakchilari_belli_olub-2724622
https://azertag.az/xeber/animasiya_pesekarlari_ve_heveskarlari_ile_gorus_kechirilecek-2718694
https://azertag.az/xeber/hedis_filmi_asiyanin_nufuzlu_festival_musabiqesinde-2714983
https://azertag.az/xeber/altinci_animafilm_festivalinin_musabiqe_istirakchilari_belli_olub-2702428
https://azertag.az/xeber/kapitan_ve_xezer_denizi_film_layihesine_maliyye_desteyi_ayrilib-2669582
https://azertag.az/xeber/azerbaycan_filmi_beynelxalq_musabiqede_qalib_olub-2668442
https://azertag.az/xeber/yarat_da_hedis_animasiya_filminin_premyerasi_olub-2646515
https://azertag.az/xeber/tarix_animasiya_filmi_olkemizi_beynelxalq_festivalda_temsil_edecek-2632232
https://azertag.az/xeber/admiu_da_odenisli_esaslarla_tekrar_ali_tehsil_almaq_imkani-2613083
https://azertag.az/xeber/tiq_tiq_xanimin_rejissoru_tamasachilara_muraciet_edib-2599535
https://azertag.az/xeber/start_2023_film_layihesi_musabiqesinin_neticeleri_elan_olunub-2578223
https://azertag.az/xeber/bizimkiler_animasiya_toplusu_kinoteatrlarda-2546075
https://azertag.az/xeber/azerbaycan_animasiya_filmi_annecy_festivali_musabiqesinde-2534345
https://azertag.az/xeber/kino_mektebinin_telebelerine_diplomlar_teqdim_olunub-2478203
https://azertag.az/xeber/baslangic_filmi_almaniyada_kinofestivalda_numayis_olunacaq-2460935
https://azertag.az/xeber/animasiya_filmleri_maraq_diqqet_qaygi_ve_chetinlikler-2440727
https://azertag.az/xeber/azerbaycan_animasiya_assosiasiyasinin_sayti_fealiyyete_baslayib-2432753
[1] Kataloqda 26-cı səhifədə səhv aşkar olunub. “Qarabağ nağılı” filmi 2023-ci ildə yox, 2022-ci ildə istehsal olunub.