Rejissor, animator, rəssam

Tərcümeyi-hal:

Quliyev Amin Qalib oğlu 1997-ci il yanvarın 29-u Naxçıvan MR, Şərur rayonu, Aralıq kəndində anadan olub. Bakı Mühəndislik Universitetində inşaat mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2016-ci ildən rəssamlıq, 2020-ci ildən isə animasiya ilə fərdi məşğul olur.

2023-cü ildə ssenarist Mirağa Qafarzadə və dizayner Süleyman Süleymanovla birgə hazırladıqları “Nataraz” filmi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında iştirak edib. Həmin il “Bidsloth.com” saytı üçün animasiya reklam çarxı hazırlayıb.

2023-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Amin Quliyev – Vimeo.com

Amin Quliyev – Instagram.com

Filmoqrafiya:

  1. “Nataraz” (qısametrajlı animasiya filmi, 2023) – rəssam, rejissor, animator
  2. “Bidsloth.com” (qısametrajlı reklam çarxı, 2023) – rəssam, animator
  3. 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2023) – animator
  4. “Sən haralısan durna?” (bədii sənədli film, 2023) – animator