Ayan Novruz

Rejissor, animator

Tərcümeyi-hal:

Ayan Novruz 1998-ci ildə Sankt-Peterburq şəhərində anadan olub, Bakı şəhərində böyüyüb, və ilkin bakalavr təhsilini 2017-ci ildə Xəzər Universitetinin dizayn üzrə başlayıb. 2020-ci ildən İngiltərənin “University of The Arts London” nəzdində olan “London College of Communication” universitetində animasiya üzrə bakalavr təhsilini davam edir.

2023-cü ildə “Empty Spaces” (Boş Yerlər) adlı ilk qısametrajlı animasiya filmini çəkib. Bu film, 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında 2 mükafata layiq görülüb (“Tamaşaçı seçimi” mükafatı və ““Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” mükafatı). “Empty Spaces” (Boş Yerlər) filmi, həmçinin, Thomas Edison Film Festivalının “Rejissor Seçimi” mükafatını qazanıb və BFİ Future Film Festivalında rəsmi olaraq iştirak edib.

Linklər:

Ayan Novruz – rəsmi vebsayt

Ayan Novruz – Instagram

Filmoqrafiya: 

  1. Boş Yerlər (qısametrajlı tələbə animasiya filmi, 2023) – rejissor, animator, səs dizayneri