“Azərbaycan animasiyası” kitabı Azərbaycanın animasiya tarixinə həsr olunan ilk və yeganə kitabdır. Azərbaycan və Avropa kinoşünaslarının səyi və tədqiqatları nəticəsində oxucular Azərbaycanda incəsənətin bu növünün inkişafı barədə çox sayda yeni məlumatlar əldə ediblər. Kitabda animasiya sahəsində çalışan rejissor və rəssamların təqdim etdiyi unikal materiallar ilk dəfə dərc olunub.

Bu kitab bir ildən çox davam edən kollektiv tədqiqatların nəticəsidir. 13 Azərbaycan və Avropa kinoşünası 19 məqalə hazırlamışlar.

Kitab iki dildədir: hər bir fəsli azərbaycan və rus dillərində oxumaq olur.

Kitabın yazılmasında rejissorlar və cizgi filmi rəssamlarının əvəzsiz rolu var. Onlar məqalələrin müəlliflərinə öz yaradıcılıq fəaliyyətləri və istehsalın texniki təfərrüatları barədə məlumat vermiş, həmçinin bəzilərinin ilk dəfə işıq üzü gördüyü qiymətli materiallar təqdim etmişlər.

“Azərbaycan animasiyası” kitabı tək Azərbaycanda deyil, başqa ölkələrdə də yaşayan insanların dəstəyi ilə ikiillik kraudfandinq kampaniyasının nəticəsi olaraq çap edilib. Kitabın layihəsini maddi cəhətdən 100-dən artıq insan dəstəkləyib.

Müəlliflər

İdeya müəllifi, tərtibatçı, məsul redaktor: Rəşid Ağamalıyev

Müəlliflər: Aydın Kazımzadə, Sevinc Əzimova, Rəşid Ağamalıyev, Gennadi Tişşenko, Karolina Çijkova, Aygün Aslanova, Aliyə Dadaşova, Andrey Hovanets, Kəmalə Rzayeva, Dadaş Məmmədov, Elçin Orucov, Leyla Novruzi, Olqa Ağamalıyeva

Baş məsləhətçi: Elçin Hami Axundov

Məsləhətçilər: Firəngiz Qurbanova, Şamil Nəcəfzadə, Məsud Pənahi, Vahid Talıbov, Arif Məhərrəmov, Gennadi Tişşenko, Ramiz Ağayev, Rafiz İsmayılov, Yefim Abramov

Üz qabığının rəssamı: Andrea Feytkova

Fotoqraf: Ceremi Moraxan

Şəkillərin bərpası: Kəbirə Həşimova

Kompüter tərtibçisi: Faiq Əliyev

Naşir: “PERİ FİLM” MMC, 2018-ci il

Linklər:

“Azərbaycan animasiyası” kitabı – Vikipediya

“Azərbaycan animasiyası” kitabı – BAKU Jurnalı