Rejissor, ssenari müəllifi, animator, rəssamFirəngiz Bağırova

Tərcümeyi-hal:

Firəngiz Vüqar qızı Bağırova 1996-cı il fevralın 24-ü Moskva şəhərində anadan olub. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin italyan filologiya fakültəsində bakalavr təhsili alıb. 2018-2021-ci illərdə İtaliyanın Roma şəhərində Rome University of Fine Arts ali məktəbində kompüter animasiyası ixtisası üzrə magistratura təhsili alıb. 2020-2022-ci illər Bakı şəhərində “Azanfilm” animasiya studiyasında 3D animator vəzifəsində çalışıb.

2021-ci il noyabrın 13-də şairə Leyli Salayeva ilə birlikdə hazırladıqları “Sonuncu lələk” layihəsi Gürcüstanda keçirilən 7-ci “Animated Film Project Development/Pitching” vörkşopunun qalibi olub. Firəngiz “Sonuncu lələk” layihəsinin rejissoru kimi mükafat olaraq 2022-ci ilin oktyabr ayında Fontevro monastırında (Abbaye Royale de Fontevraud, NEF Animation, Fransa) bir aylıq animasiya rezidensiya proqramında iştirak edib.

2023-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Firəngiz Bağırova – rəsmi vebsayt
Firəngiz Bağırova – Instagram

Filmoqrafiya:

  1. “Sağsağan” (qısametrajlı tələbə animasiya filmi, 2020) – hekayə müəllifi, rəssam, rejissor, animator
  2. “Qız və firlanan dərviş əfsanəsi” (qısametrajlı diplom animasiya filmi, prodakşn) – müəllif, rəssam, rejissor, animator
  3. “Güvənli gələcək” – qəhrəman ol!” (sosial çarx, 2021) – rəssam, animator
  4. “Güvənli gələcək” – dost ol!” (sosial çarx, 2021) – rəssam, animator
  5. “Tarix” (qısametrajlı animasiya filmi, 2022) – animator
  6. “Oğurlanmış bahar” (qısametrajlı animasiya filmi, 2023) – animator
  7. “Sonuncu lələk” (qısametrajlı animasiya filmi, pre-prodakşn) – rejissor, ssenari müəllifi, rəssam, animator