Gülşən Hüseynova

Tərcümeyi-hal:

Mən, Gülşən Nazim qızı Hüseynova, 22 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşam. 1987-ci ildə orta məktəbi və 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif işi fakültəsini, mədəni-maarif işinin metodisti ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. 1987-ci ildən əmək fəaliyyətinə əsasən ekologiya və mədəniyyət sahəsində çalışmaqla başlamışam. 1995-ci ildən mətbuatda məqalələrlə çıxış edirəm. 1995-1998-ci illərdə “Azərkinovideo” İB-də böyük redaktor vəzifəsində işləmiş və kinematoqrafiya, animasiya sahəsinə bağlılığım həmin dövrdən başlamışdır. Sonuncu işim “Xəzərə bağlı ömür” sənədli portret filmində redaktor və prodüser fəaliyyətimdir. Hazırda “Azərbaycan baleti” bədii-sənədli filmi layihəsinin işçi qrupunda fəaliyyət göstərirəm. Mədəniyyətin müxtəlif sahələri üzrə təlimçi təcrübəsinə malikəm. “Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin üzvü, “Miras” Mədəni irsin öyrənilməsinə dəstək İctimai Birliyinin və “Yaradıcı qadınlar” İctimai Birliyinin üzvüyəm.