Nərmin Quliyeva

Rejissor, rəssam, animator, ssenari müəllifi

Tərcümeyi-hal:

Quliyeva Nərmin Şəhriyar qızı 1995-ci il İyul ayının 21-ində Sumqayıt şəhərində anadan olmuşdur. Bakı şəhərində məktəbi 2012-ci ildə birinciliklə bitirdikdən sonra 2017-ci ildə Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsini qırmızı diplomla bakalavr olaraq bitirmişdir.

2015-ci ildən bu yana müxtəlif xarici nəşriyyatlarda qısa hekayə və novellaları yayımlanmışdır.

2019-cu ildə AZTV-TR Academy-də praktikalı rejissorluq kursları keçmişdir. 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının (SDC) təşkil etdiyi “Peşəsi Ssenarist: Qadın Ssenaristlər üçün Ssenari Emalatxanası”-nı pitching çıxışı ilə bitirmişdir. 2023-cü ildə ANIMAFILM Məktəbinin təşkil etdiyi “Development workshop and Funding program”-ının iştirakçısıdır. ANIMAFILM Beynəlxalq Animasiya Festivalı 2023 Pitching Competition-da “Horrofic Truth” layihəsi ilə çıxış etmişdir.

2017-ci ildə çəkdiyi “I’ll Wait” qısa filmi üç beynəlxalq festivalda iştirak etmiş və Grand IndieWise Film Festivalında finalist olmuşdur. “Dance? Dance!” (2018) və “A Time Traveled” (2022) qısa animasiyaları da beynəlxalq festivallarda iştirak etmişdir.

Linklər:

Nərmin Quliyeva – Instagram 1 

Nərmin Quliyeva – Instagram 2

Filmoqrafiya:

  1. “I’ll Wait” (qısametrajlı animasiya filmi, 2017) – müəllif, rəssam, rejissor, animator, səsləndirici
  2. “Dance? Dance!” (qısametrajlı animasiya filmi, 2018) – müəllif, rəssam, rejissor, animator, səsləndirici
  3. “1 İyun – Uşaqlar Günü Özəl” (AZTV TVR Academy bitirmə işi, 2019) – rejissor
  4. “Just Sibling Things” (qısametrajlı film, 2020) – müəllif, rejissor, operator, montaj
  5. “Rere and Flufftips” (qısametrajlı animasiya filmi, 2021) – müəllif, rəssam, rejissor, animator
  6. “A Time Traveled” (qısametrajlı animasiya serialı, 2022) – müəllif, rəssam, rejissor, animator, səsləndirici
  7. “Saprim” (qısametrajlı animasiya filmi, 2023) – müəllif, rəssam, rejissor, animator
  8. “Marvy Pam” (qısametrajlı animasiya reel-ləri, 2023-2024) – müəllif, rəssam, rejissor, animator, səsləndirici