Rejissor, ssenarist, yazar

Tərcümeyi-hal:

Ruslan İbrahimli Ziyaddın oğlu 1999-cu il aprelin 25-ində Qazax rayonunda anadan olub. 2018-ci ildən etibarən qısametrajlı animasiya, bədii və sənədli filmlərin istehsalı ilə məşğuldur.

Ruslan İbrahimli 2019-cu ildən  “Khan Akademiyası Türkçe”nin nəzdində Pixar Animasiya studiyası kursunda hekayə izahedicisi, ssenari və animasiya üzrə və İstanbul Film Akademiyasında Təməl Rejissorluq bölməsi kursunda film, rejissorluq, ssenaristlik kurslarını keçib. O, filmləri ilə Birləşmiş Krallıq, Peru, Yunanıstan, Hindistan, Bolqarıstan, İtaliya, Amerika və Azərbaycanda keçirilən bir çox festivallarda iştirak edib.

Ruslan İbrahimli 2021-ci ildən etibarən Azərbaycanda “Khan Academy Azərbaycanca” daxilində Pixar animasiya kursu dərslərini lokallaşdırmaqla məşğuldur.

2021-2023-cü ildə Pixar animasiya kursu dərslərini lokallaşdıraraq video dərslərin baş məsləhətçisi olub.

Hazırda o, film təhsilini və film sahəsində işlərini davam etdirir. 2023-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Ruslan İbrahimli – Facebook
Ruslan İbrahimli – YouTube
Ruslan İbrahimli – Instagram

Filmoqrafiya:

1. “İki Ağac” (qısametrajlı animasiya filmi, 2019) – animator, rəssam, rejissor və ssenarist.
2. “Rauf Dadaşov” (reportaj, 2020) – rejissor, ssenarist, mətn yazarı, montajçı.
3. “Qərar” (qısametrajlı bədii film, 2020) – rejissor, aktyor və ssenarist.
4. “Suyunu qoru” (sosial animasiya çarxı, 2020) – animator, ssenarist və rejissor.
5. “Xocalı ailəsi” (qısametrajlı animasiya filmi, 2020) – rəssam, animator, hekayə yazarı və rejissor.
6. “Cəsur Komandir – Şəhid Fazil Məmmədli (qısametrajlı bədii sənədli film, bioqrafiya film, 2020) – rejissor, ssenarist.
7. “Kapitan İsmayılov – Şəhid İmamverdi İsmayılov” (qısametrajlı bədii sənədli film, bioqrafiya film, 2020) – rejissor, ssenarist.
8. “Şəhid Gizir Amid Məmmədov (qısametrajlı bədii sənədli film, bioqrafiya filmi, 2021) – rejissor, ssenarist.
9. “Qazax Rayonu” (qısametrajlı sənədli film, 2021) – rejissor və mətn yazarı.
10. “Məktub” (qısametrajlı sosial bədii film, 2021) – rejissor və ssenarist.
11. “Məhəmmədhüseyn Şəhriyar” (qısametrajlı bioqrafiya film, 2021) – montaj rejissoru.
12. “Küsmərəm” (qısametrajlı animasiya, video çarx filmi, 2021) – animator, rejissor və ssenarist.
13. “Əngəlsiz sevgi” (qısametrajlı bədii film, 2021) – rejissor, aktyor və ssenarist.
14. “Qara buludlar” (animasiya filmi, 2022) – rejissor, animator, quruluşçu rəssam və ssenarist.
15. “Şəhidlər abidəsi” (qısametrajlı bədii sənədli film, bioqrafiya film, 2022) – rejissor, ssenarist, mətn yazarı.
16. “Təhsil haqqı” (qısametrajlı animasiya sosial çarx-film, 2023) – animator, rəssam, rejissor və ssenarist.
17. “Səngər” (qısametrajlı eksperimental müzikl film, 2023) – rejissor, aktyor və ssenarist.
18. “Güzgü” (antologiya serialı, 2024) – Rejissor və Ssenarist.