Rejissor, ssenarist, yazar
Tərcümeyi-hal:
Ruslan İbrahimli Ziyəddin oğlu 1999-cu il aprelin 25-ində Qazax rayonunda anadan olub. 2018-ci ildən etibarən qısametrajlı animasiya, bədii və sənədli filmlərin istehsalı ilə məşğuldur.
Ruslan İbrahimli 2019-cu ildə “Khan Akademiyası Türkçe”nin nəzdində Pixar Animasiya studiyası kursunda hekayə izahedicisi, ssenari və animasiya üzrə və İstanbul Film Akademiyasında Təməl Rejissorluq bölməsi kursunda film, rejissorluq, ssenaristlik kurslarını keçib. O, filmləri ilə Birləşmiş Krallıq, Peru, Yunanıstan, Hindistan, Bolqarıstan, İtaliya, Amerika və Azərbaycanda keçirilən bir çox festivallarda iştirak edib.
Ruslan İbrahimli 2021-ci ildən etibarən Azərbaycanda “Khan Academy Azərbaycanca” daxilində Pixar animasiya kursu dərslərini lokallaşdırmaqla məşğuldur.
Hazırda o, film təhsilini davam etdirir. 2023-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.
Linklər:
Ruslan İbrahimli – Facebook
Ruslan İbrahimli – YouTube
Ruslan İbrahimli – Instagram
Filmoqrafiya:
- “İki Ağac” (qısametrajlı animasiya filmi, 2019) – animator, rəssam, rejissor və ssenarist
- “Qərar” (qısametrajlı bədii film, 2020) – rejissor, aktyor və ssenarist
- “Suyunu qoru” (sosial animasiya çarxı, 2020) – animator, ssenarist və rejissor
- “Xocalı ailəsi” (qısametrajlı animasiya filmi, 2020) – rəssam, animator, hekayə yazarı və rejissor
- “Əngəlsiz sevgi” (qısametrajlı bədii film, 2021) – rejissor, aktyor və ssenarist
- “Küsmərəm” (animasiya filmi, 2021) – rejissor, animator, rəssam və ssenarist
- “Qara buludlar” (animasiya filmi, 2022) – rejissor, animator, quruluşçu rəssam və ssenarist