Ssenari müəllifi, animator, rejissor, rig artist

Tərcümeyi-hal:

Sərxan Fərhadlı Hüseyn oğlu 1993-cü il mayın 4-ündə Şəki şəhərində anadan olub. Şəki şəhər 18 saylı orta məktəbi bitirdikdən sonra, Türkiyədə İstanbul Mədəniyyət Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb. 2018-2019-cu illərdə “Bakteri” adlı reklam şirkətində rejissor işləyib.

Türkiyədə animasiya dərsləri aldıqdan sonra 2019-2020-ci illərdə “Düşler Evi” animasiya şirkətində 2D animator və rig artist, 2020-2021-ci illərdə “Animistic” animasiya şirkətində 2D animator kimi işləyib. 2021-ci ildə “Adım Animasyon” adlı animasiya şirkəti qurub. Əvvəl İstanbulda, hazırda Eskişehirdə fəaliyyət göstərir. Bir çox Türk və xarici animasiya şirkətlərində freelance animator kimi çalışıb. “Adım Animasyon” şirkəti “TRT Çocuq” kanalı, “TRT Diyanet Çocuq” kanalı, “Cartoon Network”, “Blu Tv” və bir çox fərqli Youtube kanallarına animasiya film layihələri hazırlayır.
2023-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Website: Adimanimasyon.com

Instagram: @adimanimasyon

Instagram: @serkanferhatll

Filmoqrafiya:

  1. “Kare Takımı” (2019-2020, animasiya serialı) – animator
  2. “Limon ile Zeytin” (2021, animasiya serialı) – animator, rejissor
  3. “Kehribar ile Boncuk” (2021-2022, animasiya serialı) – animator
  4. “Sagun” (2021-2022, animasiya serialı) – animator
  5. “Nasreddin Hoca” (2022, animasiya serialı) – animator
  6. “Bo ve Dodo” (2022, animasiya serialı) – ssenari müəllifi, animator, rejissor
  7. “Hobaao” (2022, animasiya serialı) – rejissor, animator, ssenari müəllifi