Rejissor, animator, rəssam

Tərcümeyi-hal:

Toğrul Elxan oğlu Məstəlizadə 1999-cu il dekabrın 5-i Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət fakültəsində bakalavr təhsili alıb. 2015-ci ildən rəssamlıq, 2020-ci ildən isə animasiya ilə məşğul olur.

2023-cü ildə hazırladığı “Timid və Ağacdələn’’ adlı fərdi filmi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivallarında iştirak edib.

2023-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Linklər:

Toğrul Məstəlizadə – Instagram

Filmoqrafiya:

  1. ‘’Timid və Ağacdələn’’ (qısametrajlı animasiya filmi, 2023) – ssenarist, rəssam, rejissor, animator
  2. “6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri” (2023) – fon rəssamı, animator
  3. “Sən haralısan durna?” (bədii sənədli film, 2023) – fon rəssamı, animator
  4. ‘’Məhkəmə’’ (qısametrajlı film, 2023) – quruluşçu rəssam