Milli animasiyamızın dirçəlişi hərəkatında bizə qoşularaq siz də Azərbaycan animasiyasının səsi ola bilərsiniz.
Assosiasiyaya kimlər üzv ola bilər?
Azərbaycanda animasiya kinosu ilə məşğul olan hər bir fiziki və hüquqi şəxs (dövlət qurumları və yerli özünüidarə orqanları istisna olmaqla) “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinə üzv ola bilərlər.
Üzv ola biləcək şəxs yaxud qurumlar:
- Ən azı bir peşəkar animasiya filmində çalışan rejissorlar, animatorlar, rəssamlar, bəstəkarlar, montajçılar, ssenari müəllifləri və digər fiziki şəxslər.
- Animasiya studiyaları, distribütor şirkətləri, kinoteatrlar və digər hüquqi şəxslər.
- Animasiya kinosunu dəstəkləyən qeyri-hökumət təşkilatları.
Üzvlük imtiyazları:
- Şəbəkələşmə – yerli və beynəlxalq animasiya sənayesində yeni məhsuldar əlaqələr yaratmaq fürsəti;
- Yerli və beynəlxalq animasiya kinosuna aid ən yeni məlumatları əldə etmək şansı;
- Birliyin qapalı və ictimai tədbirlərində və təlimlərdə iştirak etmək hüququ;
- Fəaliyyətinizi və özünüzü tanıtmaq üçün platforma;
- Beynəlxalq animasiya layihələrində iştirak haqqında konsultasiya;
- Yaradıcı fəaliyyətin və layihələrin tanıtımı məqsədilə media dəstəyinin təmin olunması;
Üzvlərin hüquqları:
- Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
- Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanda təmsil olunmaq;
- Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
- Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat əldə etmək və fəaliyyətinə nəzarət etmək;
- Öz maraqlarını qorumaq üçün birliyə müraciət etmək;
- Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.