Direktor:

Rəşid Ağamalıyev

Haqqında:

Azərbaycan animasiyasının 50 illiyi ərəfəsində təsis olunmuş “PERİ FİLM” şirkəti ölkədə kino sənətinin, xüsusilə böyüməkdə olan nəslin maarifləndirilməsinə, humanist prinsiplərlə tərbiyəsinə yönəlmiş animasiya kinosunun inkişafı, təbliği və peşəkarlaşmasına öz töhfəsini vermək məqsədilə yaradılıb.

“PERİ FİLM” MMC 2018-ci ildə “Azərbaycan animasiyası” kitabını nəşr edib. 2018-ci ildən, həmçinin, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçısıdır.

2020-ci ildə “PERİ FİLM” MMC nəzdində ANİMAFİLM Studio yaradılıb. ANİMAFİLM studiyasının komandası uşaqlar və böyüklər üçün yüksək keyfiyyətli animasiya filmləri çəkmək həvəsində olan beynəlxalq peşəkarlardan ibarətdir. Filmlərində ekoloji problemlər, gender bərabərliyi və inklüzivlik kimi mövzular işıqlandırılır. Studiya, həmçinin, reklam və sosial xarakterli animasiya çarxlarının istehsalı ilə də məşğuldur.

Linklər:

ANİMAFİLM Studio – vebsayt

ANİMAFİLM Studio – Instagram

ANİMAFİLM festivalı – vebsayt

ANİMAFİLM festivalı – Instagram

“Azərbaycan animasiyası” kitabı

Filmoqrafiya:

  1. 3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2020) – rejissor Nicolina Sterbet
  2. Sara, hara? Qobustan (2021, qısametrajlı animasiya filmi) – rejissor Vəfa Əli
  3. Sara, hara? Sara Xatun (2021, qısametrajlı animasiya filmi) – rejissor Vəfa Əli
  4. 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2021) – rejissor Hasan Pastacı
  5. 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2022) – rejissor Dimitrios Poursanidis
  6. Qeyri-adi qorxu (pre-production) – rejissor Nəzrin Ağamalıyeva
  7. Hadis (production) – rejissor Nəzrin Ağamalıyeva