Rejissor, rəssam, animator, ssenari müəllifi
Tərcümeyi hal:
Nəzrin Fuad qızı Ağamalıyeva 1999-cu ilin sentyabrın 25-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr təhsili alıb. 2017-2019-cu illərdə “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində dizayner kimi çalışıb. Daha sonra, yaradıcı fəaliyyətini animasiyaya yönləndirən N. Ağamalıyeva Çexiyanın Praqa şəhərində yerləşən FAMU Universitetində Animasiya kinosu ixtisası üzrə təhsil alıb.
2019-cu ildən bəri ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında dizayner, 2022-ci ildə art direktor kimi çalışır. 2020-ci ildə ANİMAFİLM School adlı animasiya məktəbini təsis edib. 2020-ci ildən bəri, həmçinin, “PERİ FİLM” MMC nəzdində fəaliyyət göstərən ANİMAFİLM Studiyasında rejissor kimi çalışır.
Rejissoru Nəzrin Ağamalıyeva olan “Hədis” qısametrajlı animasiya filmi Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub. Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. Film 30-dan çox beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü – Annecy, Busan, Animest və İzmir Oskar kvalifikasiyalı festivallardır.
Nəzrin Ağamalıyeva Azərbaycan Animasiya Assosiasiyasının təsisçilərindən biridir.
Linklər:
Nəzrin Ağamalıyeva – Instagram
ANİMAFİLM festivalı – Instagram
Filmoqrafiya:
- 3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2020) – rəssam
- “Sara, hara? Qobustan” (2021, qısametrajlı animasiya filmi) – rəssam
- “Sara, hara? Sara Xatun” (2021, qısametrajlı animasiya filmi) – rəssam
- 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2021) – rəssam
- “Hadis” (2023, qısametrajlı animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2023) – prodüser, animasiya supervayzeri.