Rejissor, rəssam, animator, ssenari müəllifi

Tərcümeyi hal:

Nəzrin Fuad qızı Ağamalıyeva 1999-cu ilin sentyabrın 25-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr təhsili alıb. 2017-2019-cu illərdə “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində dizayner kimi çalışıb. Daha sonra, yaradıcı fəaliyyətini animasiyaya yönləndirən N. Ağamalıyeva Çexiyanın Praqa şəhərində yerləşən FAMU Universitetində Animasiya kinosu ixtisası üzrə təhsil alıb.

2019-cu ildən bəri ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında dizayner, 2022-ci ildə art direktor kimi çalışır. 2020-ci ildə ANİMAFİLM School adlı animasiya məktəbini təsis edib. 2020-ci ildən bəri, həmçinin, “PERİ FİLM” MMC nəzdində fəaliyyət göstərən ANİMAFİLM Studiyasında rejissor kimi çalışır.

Nəzrin Ağamalıyeva Azərbaycan Animasiya Assosiasiyasının təsisçilərindən biridir.

Linklər:

Nəzrin Ağamalıyeva – Instagram

Nəzrin Ağamalıyeva – Facebook

ANİMAFİLM School – Instagram

ANİMAFİLM Studio – Vebsayt

ANİMAFİLM Studio – Instagram

ANİMAFİLM festival – Vebsayt

ANİMAFİLM festivalı – Instagram

 

Filmoqrafiya:

  1. 3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2020) – rəssam
  2. “Sara, hara? Qobustan” (2021, qısametrajlı animasiya filmi) – rəssam
  3. “Sara, hara? Sara Xatun” (2021, qısametrajlı animasiya filmi) – rəssam
  4. 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri (2021) – rəssam
  5. “Hadis” (2023) – rejissor, ssenari müəllifi, rəssam
  6. “Qeyri-adi qorxu” (pre-production) – rejissor, ssenari müəllifi, rəssam